Polşa Rusiya ilə Belarus sərhədlərində yeni qoşunlar yerləşdirir


Sozcu.info xəbər verir ki, Polşanın Müdafiə naziri Mariuş Blaşak “Tvitter” səhifəsində Polşanın Belarus ilə Rusiyanın  Kalininqrad vilayəti arasında yerləşən Suvalk dəhlizindəki Avqustov şəhərində istehkamçı batalyon yaradacağını bildirib.

Nazir yazıb: “Sıfırdan tikdiyimiz daha bir hərbi hissə və bu, sonuncu olmayacaq”.

Nazir bildirib ki, Polşa əsgərlərini ölkənin təhlükəsizliyinin ən yaxşı təminatçıları hesab edir. Blaşak yaxın zamanlarda müdafiə sahəsinə qoyulan yeni sərmayələr barəsində məlumat verəcəyini də qeyd edib.



Oxşar Xəbərlər

Xəbər lenti