Dünən, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
NATO üzvü olan ölkələrin müdafiə nazirləri Şimali Atlantika Alyansının Avropa sərhədlərində "hərbi Şengen" yaratmaq barədə razılığa gəliblər. Bu barədə Brüsseldəki hərbi-diplomatik mənbəyinə istinadən "RİA Novosti" məlumat yayıb.
NATO-nun müdafiə qurumlarının rəhbərləri Brüsseldə keçirilən görüşdə Avropada qüvvələrin və vasitələrin köçürülməsini təmin etmək üzrə komanda qərargahının yaradılmasını təsdiqləyiblər.
"Söhbət "hərbi Şengen" görüntüsü yaratmaqdan gedir", - mənbə deyib.
Qeyd edək ki, bu ideyanı ilk olaraq ABŞ-ın Avropadakı sabiq Quru Qoşunları komandanı, general-leytenant Ben Hoces irəli sürüb. Onun sözlərinə görə, müttəfiq qoşunlar və hərbi texnika qitə ərazisində miqrantlar kimi sürətlə hərəkət etməlidir.