Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Türkiyədə bir ildən çox həbsdə olan Almaniyanın "Die Welt” qəzetinin müxbiri Deniz Yücel sərbəst buraxılıb.
Bu barədə jurnalistin vəkilinə istinadən "Die Welt” məlumat yayıb.
Almaniya XİN də informasiyanı təsdiq edib.
Türkiyə və Almaniya vətəndaşlığı olan Yücel 14 fevral 2017-ci ildə İstanbulda dindirilmə (sorğu-sual) məqsədilə saxlanılıb, daha sonra polis nəzarətinə götürülüb.
İki həftə sonra məhkəmə terror təbliğatı və milli zəmində ədavət salma ittihamı ilə ona qarşı həbs-qətimkan tədbiri seçib.
Jurnalist ötən ilin fevralın 27-dən Silivri həbsxanasında saxlanılırdı.