Tbilisidə faciəvi şəkildə ölən azərbaycanlı məktəblinin meyiti ailəsinə təhvil verilib

Tbilisidə faciəvi şəkildə ölən azərbaycanlı məktəblinin meyiti ailəsinə təhvil verilib

 

Fevralın 28-də Tbilisinin Barataşvili küçəsində binaların birindən fasad şüşəsinin düşməsi nəticəsində ölən 14 yaşlı Aslan Məmmədovun meyiti məhkəmə-tibbi müayinədən sonra ailəsinə təhvil verilib. A.Məmmədov 7-ci sinif şagirdi olub və Tbilisinin Poniçala qəsəbəsində valideynləri və qardaşı ilə yaşayıb. Bədbəxt hadisə nəticəsində xəsarət almış 5 uşaq xəstəxanada müalicə olunur. Onların 3-ü azərbaycanlıdır. Uşaqların bu gün evə buraxılacağı gözlənilir.

Hadisə ilə bağlı cinayət işi açılıb, ekspertiza aparılır


Oxşar Xəbərlər

Xəbər lenti