8 yaşlı Qeyrət Cəlilov Gürcüstan çempionu oldu – Balaca idmançının böyük uğuru


Qaraçöp mahalının Yormuğanlı ictimai məktəbinin 3-cü sinif şagirdi, 8 yaşlı Qeyrət Cəlilov növbəti uğuru ilə çempion adını qazanıb.

Kiçik yaşlarından idmana böyük həvəs göstərən Qeyrət artıq dörd ildir ki, atası və eyni zamanda məşqçisi Bəhlul Cəlilovun rəhbərliyi altında müntəzəm şəkildə məşqlərini davam etdirir. Hər gün əzmlə çalışan balaca idmançı qısa müddətdə öz potensialını sübut etməyi bacarıb.

O, ötən il Tbilisidə təşkil olunan turnirdə bütün rəqiblərini üstələyərək birincilik kürsüsünə yüksəlib. Bu ilin dekabr ayında keçirilən ölkə çempionatında isə uşu-sanda üzrə 28 kq çəki dərəcəsində, 7–8–9 yaş kateqoriyasında mübarizə aparan Qeyrət üç qarşılaşmanın hər birini inamla qazanaraq Gürcüstan çempionu adına layiq görülüb.

Yaşına baxmayaraq böyük iradə və döyüş ruhu nümayiş etdirən Qeyrətin ən böyük arzusu gələcəkdə dünya çempionu olmaqdır. Onun zəhmətkeşliyi və məqsədyönlülüyü göstərir ki, bu istedadlı idmançı qarşıdakı illərdə daha mötəbər beynəlxalq arenalarda da ölkəsini layiqincə təmsil edəcək.

Balaca idmançıya uğurlar arzulayırıq.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti