8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Vəkilliyə sonuncu qəbuldan sonra hər 10 min nəfərə 11 vəkil düşür".
Sozcu.info xəbər verir ki, bunu Vəkillər Kollegiyasinin (VK) sədri Anar Bağırov vəkillərin andiçmə mərasimində jurnalistlərə açıqlamasında deyib.
A.Bağırov söyləyib ki, vəkillərin sayı hər ay artacaq: "Biz nəzərdə tutmuşuq ki, yaxın bir neçə ay ərzində 100 nəfərdən çox namizədi vəkilliyə qəbul edək. Bu sonuncu qəbul deyil. Daha bir qəbul keçiriləcək. Aprel ayının 16-dan etibarən vəkilliyə sənəd qəbulu başlanıb. Bu günə qədər, təqribən, 200 nəfərə yaxın şəxs vəkilliyə qəbul üçün sənəd verib. Beləliklə, artıq iyun ayında 10 min nəfərə, təxminən, 12 vəkil düşəcək. Getdikcə bu rəqəm təbii ki, artacaq. Bu da sevindirici haldır".
VK-nın sədri qeyd edib ki, növbəti vəkilliyə qəbulla bağlı imtahanın payızda keçilməsi nəzərdə tutulur: "Vəkilliyə qəbul edilən şəxslərə yeni vəsiqələr təqdim olunub. İndiyə qədər vəkillərin vəsiqələri qırmızı kitab formasında idi. Hazırda yeni vəsiqələri beynəlxalq standartlara uyğun olaraq hazırlamışıq. Yeni vəsiqələrdə Azərbaycan dili ilə bərabər, ingilis dilində məlumatlar olacaq".
A.Bağırovun sözlərinə görə, vəkillər və vəkillik haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb: "Vəkilliyə qəbulla bağlı 3 illik stajın 1 ilə endirilməsini təklif edirik. Üçillik staj bir ilə endirilsə, gənc hüquqşünaslar bu sahəyə yönələcəklər. Bizdə 3 illik staj olduğuna görə, universiteti bitirənlər başqa sahələrə gedirlər. Biz vəkilliyə daha çox gənc hüquqşünasları cəlb etmək istəyirik. Ona görə də stajın aşağı olması məqsədəuyğun olardı"./report/