Bəstəkar Röyaya qalib gəldi - MƏHKƏMƏ

Bəstəkar Röyaya qalib gəldi - MƏHKƏMƏ

 Tanınmış bəstəkar Nadir Əzimov əməkdar artist Röya Ayxanı məhkəməyə verib.

Sozcu.info azxeber.com-a istinadən məlumat verir ki, Nadir Əzimov müğənninin müəllif hüquqlarını pozduğunu iddia edib və iş icraata götürülüb.

Buna səbəb Röyanın ona məxsus olan "Darıxdım" mahnısını icazəsiz ifa etməsi olub.

Xəzər rayon məhkəməsinin qərarına əsasən bəstəkarın iddiası qismən təmin edilib. Röyanın vəkili qərardan apellasiya məhkəməsinə şikayət edib.

Qeyd edək ki, Nadir Əzimov bundan 8 il öncə də müğənni Röyanı məhkəməyə vermişdi və özünün təhqir olunduğunu iddia etmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti