100 dəfədən çox Rusiyanın adamları ilə əlaqə saxlayıblar... - O CÜMLƏDƏN ARAZ AĞALAROV VƏ OĞLU İLƏ

100 dəfədən çox Rusiyanın adamları ilə əlaqə saxlayıblar... - O CÜMLƏDƏN ARAZ AĞALAROV VƏ OĞLU İLƏ

 

ABŞ prezidenti Donald Tramp və onun yaxın müşavirləri 2016-cı il prezident seçkiləri kampaniyası zamanı və inauqurasiya mərasiminə qədər Rusiya, WikiLeaks nümayəndələri və vasitəçilərlə 100 dəfədən çox təmasda olub.Sozcu.info a istinadən xəbər verir ki, bu barədə "The New York Times” qəzetinin araşdırmasında deyilir.

Qəzet müəyyən edib ki, 2016-cı il prezident seçkilərinin gedişində və keçid dövründə Donald Tramp və onun ən azı 17 nümayəndəsi, müşavirləri rusiyalılarla, Wikileaks saytının nümayəndələri ilə, habelə onların vasitəçiləri ilə təmasda olublar.

Araşdırmada həmin dövrdə KİV-lərdə gedən xəbərlərə, Konqresə təqdim olunan sənədlərə və xüsusi prokuror Robert Müllerin FTB-də apardığı təhqiqatla bağlı məhkəmə sənədlərinə istinad olunur.

 

Sadalanan təmaslar arasında 100-dən çox şəxsi görüşlər, telefon zəngləri, sms-lər, elektron yazışmalar və tvitter-də yazışmalar yer alır.

Qəzetin yazdığına görə Trampın özü ilə həmin dövrdə bir neçə dəfə rusiyalı milyarder Araz Ağalarov və oğlu Emin Ağalarov da əlaqə saxlayıb. Habelə həmin biznesmenlər 2016-cı ilin iyununda Nyu-Yorkdakı Trump Tower-də rusiyalı vəkil Natalya Veselnitskayanın Trampın oğlu ilə görüşünü təşkil edib. Həmin görüş Hillari Klinton barədə kompromatların ötürülməsi üçün təşkil olunmuşdu.

Bildirilir ki, söhbət Trampın altı şəxsi təmasından, onun keçmiş vəkili Maykl Koenin ən azı 17 təmasından, Donald Trampın oğlu kiçik-Donaldın azı 17 təmasından, Trampın seçki kampaniyasının müşaviri Corc Papadopulosun azı 12 təmasından, prezidentin seçki kampaniyasının rəhbəri Pol Manafortun 6 təmasından, eks milli təhlükəsizlik müşaviri Maykl Flinnin azı 5 təmasından və Trampın keçmiş müşaviri Rocer Stounun azı 18 təmasından gedir.

Xatırladaq ki, xüsusi prokuror Robert Müllerin komandası artıq Tramp-Rusiya gizli işbirliyi təhqiqatında xeyli irəli gedib və Trampın böyür-başındakı adamların bir çoxuna ittiham irəli sürüb



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}