Dövlət şirkətinin bütün anbarları dolub, daha nefti satmaq mümkün deyil... - MADURONUN REJİMİ FƏLAKƏTLƏ ÜZLƏŞDİ

Dövlət şirkətinin bütün anbarları dolub, daha nefti satmaq mümkün deyil... - MADURONUN REJİMİ FƏLAKƏTLƏ ÜZLƏŞDİ

 

ABŞ-ın ölkəyə tətbiq etdiyi sanksiyalar üzündən Venesuela neft ixracı ilə bağlı böyük çətinliklərlə üz-üzə qalıb.

"The Wall Street Journal” nəşri xəbər verir ki, Venesuelanın neft sahəsi həmkarlar ittifaqının lideri Luis Ernandes vəziyyəti faciə kimi qiymətləndirib. Onun sözlərinə görə, yerli PDVSA dövlət neft şirkətinin hasil edilən neftin xarici ölkələrə ixracı üçün imkanı və üsulları qalmayıb.

İxracla bağlı problemlərin bir neçə səbəbi var. Əsas səbəb ABŞ-ın sanksiyalarıdır. Yanvar ayında müxalifətin lideri və parlamentin spikeri Xuan Quaydo özünü müvəqqəti prezident elan edəndən sonra Venesuela neftinin əsas alıcısı olan ABŞ bütün ödənişləri onun qərargahının hesabına keçirir.

Belə olan halda PDVSA nefti anbarlara yığır. Bundan başqa, şirkətdə ixtisaslı kadr çatışmazlığı var: ölkədə böhran başlayandan sonra əməkdaşlar qazanc dalınca xaricə üz tutublar.

 

Daha bir çətinlik ağır Venesuela neftinə qarışdırmaq üçün yüngül neft alışının qeyri-mümkünlüyüdür. Ödənişlər ləngidiyi üçün yüngül neft satıcıları Karakasla əməkdaşlıqdan imtina edirlər.

Yanvar ayının sonunda ABŞ Venesuelaya qarşı sanksiyalar tətbiq edib.PDVSA-nın ixracatdan əldə edilən vəsaitin toplandığı xarici hesabları bağlanıb, onun Amerikadakı "Citgo” törəmə şirkətinin işi isə qadağan edilib. Bu qadağa yalnız o zaman aradan götürülə bilər ki, "Citgo”nun gəlirləri bağlı hesablarda toplansın. Qeyd edək ki, bağlı hesabların bir hissəsinin idarəolunması ABŞ tərəfindən müxalifətin lideri Quaydoya verilib./virtualaz.org/



Oxşar Xəbərlər

Xəbər lenti