Avropa Şurası Azərbaycanın məhkəmə sisteminə 915 min avro ayırıb

Avropa Şurası Azərbaycanın məhkəmə sisteminə 915 min avro ayırıb

 

Bakıda "Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimatı olacaq.

Sozcu.info  "Report” xəbər verir ki, layihə Avropa Şurası Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGG II) çərçivəsində Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı əsasında həyata keçiriləcək.

Layihənin ümumi məqsədləri CEPEJ-in alətlərinin milli səviyyədə tətbiqi yolu ilə Azərbaycan məhkəmələrinin işinin səmərəliliyini və keyfiyyətini artırmaq və məhkəmə qərarlarının icrası sisteminin hüquqi və institusional cəhətdən modernləşdirilməsi, eyni zamanda icra prosedurlarında iştirak edən qurumların potensialının gücləndirilməsi vasitəsilə qərarların icrasını təkmilləşdirməkdir.

Proqram 2021-ci ilin avqustun 31-dək davam edəcək. Layihənin ümumi büdcəsi 915 000 avrodur. Layihə Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən həyata keçirilir.



Oxşar Xəbərlər

Xəbər lenti