Ərdoğan: "İlk dəfə açıqlayıram: biz Bağdadinin arvadını da, bacısını da tutduq"

Ərdoğan: "İlk dəfə açıqlayıram: biz Bağdadinin arvadını da, bacısını da tutduq"

 

Terrorçu İŞİD qruplaşmasının ötən ay öldürülən lideri Əbubəkr əl-Bağdadinin arvadı həbs olunub. 

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, deyib ki, ABŞ Əbubəkr əl-Bağdadini tuneldə məhv edib: "İlk dəfədir açıqlayıram: biz də onun xanımını, bacısını tutduq. Ancaq belə hay-küy salmadıq". 

Qeyd edək ki, İŞİD-in qurucusu sayılan Əbubəkir əl-Bağdadi oktyabrın 27-də Suriyanın İdlib əyalətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Əl-Bağdadi bir tuneldə mühasirəyə alınıb. O, bu zaman üzərindəki partlayıcını işə salıb. Nəticədə Bağdadinin özü, iki həyat yoldaşı və üç uşağı ölüb/Report.


Oxşar Xəbərlər

Xəbər lenti