8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri çox uğurlu olub”.
"Yeni Sabah” xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.
"Sizdən xahiş etmək istərdim ki, Mehriban Əliyevanın dəvət edilməsinə, ona göstərilən diqqətə, onun "Dostluq” ordeni ilə təltif olunmasına, onun ünvanına deyilən xoş sözlərə, çox konstruktiv söhbətə və praktiki olaraq bizim qarşılıqlı fəaliyyətimizin bütün sahələrinə toxunulan danışıqlara görə Prezident Vladimir Vladimiroviç Putinə təşəkkürümü çatdırasınız.
Rusiya Hökumətinin sədri, Federasiya Şurasının sədri ilə də görüşlər olub. Regionlararası yubiley forumu çox uğurla keçib və əlbəttə, səfərin sonunda Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan” pavilyonunun açılması bizim dərin tarixə malik olan sıx dostluq əlaqələrimizin rəmzi oldu”.
S. Lavrov isə bu səfəri və Mehriban Əliyevanın prezident Putinlə, Federasiya Şurasının sədri Valentina Matviyenko ilə təmaslarını, onun Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətlər Sərgisində Azərbaycan pavilyonunun açılışında iştirakını yüksək qiymətləndirib.
"Bu səfər çərçivəsində müzakirə edilən təşəbbüsləri biz hökmən həyata keçirəcəyik. Onlar o cümlədən bizim hökumətlərarası iqtisadi əməkdalığımıza yeni mövzuların-innovasiyalar və yüksək texnologiyalar mövzusunun əlavə edilməsi barədədir. Xüsusi "yol xəritəsi” hazırlanacaq və artıq bir neçə gün sonra Rusiya Federasiyası ilə Azərbaycan arasında hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyası bu sferada işlərin vəziyyətini nəzərdən keçirəcək”,-Lavrov deyib.
Rusiya xarici işlər naziri əlavə edib ki, Mehriban Əliyevanın Moskvaya səfərinin daha bir mühüm və maraqlı nəticəsi iki ölkə gənclər forumlarının müntəzəm təşkil olunması barədə olub. "Bu, vərəsəlik, tarixi yaddaşın qorunması, ölkələrimizin gənc nəslinin dostluq və xeyirxah qonşuluq ruhunda tərbiyə edilməsi, hansı ki, həmişə bizim münasibətlərimizə xasdır, baxımından prinsipal vacib məsələdir”,-Lavrov vurğulayıb.