İcma sədri: “Ermənistanın danışıqlar formatının dəyişilməsinə yönəlik təxribatlarının qarşısını alacağıq”

 

"Biz il ərzində Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətini uğurlu adlandıra bilərik”.

 

Sozcu.info-nun xəbərinə görə, bunu Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.

O bildirib ki, bu il Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan siyasət, ölkə rəhbərliyinin icma qarşısında qoyduğu məqsədlər və hədəflərə çatmaq üçün İdarə Heyəti gərgin şəkildə fəaliyyət göstərib.

"Təbii ki, Azərbaycan Prezidentinin beynəlxalq təşkilatların kürsülərindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyinin işğalçı və təcavüzkar siyasətini ifşa edən bəyanatları bizim üçün örnək və nümunə olub, bizi qətiyyətli addımlar atmağa məcbur edib. Biz həm ölkə daxilində, həm də ölkə xaricində ölkə rəhbərliyinin qarşımızda qoyduğu vəzifələri rəhbər tutaraq fəaliyyət aparmışıq. Bildiyiniz kimi, xarici ölkələrə müvəffəqiyyətli səfərlərimiz baş tutub. ABŞ, Avropa İttifaqı ölkələrinə, qardaş Türkiyəyə səfərlərimiz olub, uğurlu görüşlər keçirmişik. Əsas məqsədimiz icmanın güclü olduğunu göstərmək, Ermənistanın danışıqlar formatının dəyişilməsinə yönəlik təxribat xarakterli hərəkətlərinin və addımlarının qarşısını almaqdan ibarət olacaq və gələn il də biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Xüsusilə də yeni metod və texnologiyalardan istifadə edəcəyik”, - deyə T. Gəncəliyev vurğulayıb.



Oxşar Xəbərlər

Xəbər lenti