10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Üçüncü humanitar atəşkəs:
Müharibə yenə davam edəcək, çünki Ermənistan ... BİZİM ŞƏRH
İşğal edilmiş torpaqlarını bir-bir azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir. Bu barədə Azərbaycan dövlətinin rəsmiləri də dəfələrlə açıqlama veriblər. Anlaşılan budur ki, burada məqsəd ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir.
Bu təzyiqlərin birini bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı gördük. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik, onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqelərini də qəbul etmədilər.
Bu vaxta qədər Azərbaycan və Ermənistan arasında 10 və 17 oktyabrda olmaqla, 2 humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Onlardan biri Rusiya prezidenti Vladimr Putin, digəri isə Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə baş tutmuşdu. Musavat.com xüsusi olaraq vurğulayır ki, hər iki halda da, danışıqlar və atəşkəs təşəbbüsləri Ermənistan tərəfindən gəlmişdi. Lakin hər iki halda da humanitar atəşkəs razılaşmasını məhz Ermənistan pozdu.
Dövlət Departamenti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 25 oktyabr tarixli bəyanatına gəldikdə isə, onu vurğulamalıyıq ki,
bu bəyanatın (mediada geniş yayılıb) ilkin layihəsi indiki mətndən tamamilə fərqlənirdi. Azərbaycan tərəfi qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail oldu.
Bəyanatın ictimaiyyətə hər dəfə təqdimatının əsasında isə bir fakt dayanır - burada söhbət atəşkəsdən deyil, humanitar atəşkəsdən gedir. Bu, Azərbaycanın indiki anda edə biləcəyi ən ciddi kompromisdir. Cəbhədə bütün istiqamətlər üzrə üstün olduğu bir məqamda, atəşkəsə getmək, bunun üçün danışıqlarda iştirak etmək, ATƏT-in Minsk qrupu həmsədrləri ilə, Rusiyanın, ABŞ-ın xarici işlər nazirləri ilə saatlarla müzakirələr - mübahisələr aparmaq əslində Azərbaycana heç lazım deyil. Lakin dövlətimiz, onun rəhbərinin göstərişi ilə bütün bu fraqmentlərin hamısında iştirak edir. Çünki bunun əksi Azərbaycana, onun Qarabağda apardığı haqlı mübarizəyə zərər edə bilər. Müharibə yalnız Qarabağda getmir; diplomatik və informasiya sahələrində də ciddi savaş gedir və Azərbaycan döyüş meydanında olduğu kimi, diplomatiyada da bəzən manevrlər etməlidir. İlk növbədə getdikcə artan beynəlxalq təzyiqlər neytrallaşdırılmalıdır.
Daha bir detalı xüsusi vurğulayaq. Bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müffəsəl həlli prosesi ilə paralel getməlidir. Bu o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (timeline) ifadəsi məhz bunu nəzərdə tutur.
Eyni zamanda, atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir. Bu, Azərbaycan üçün olduqca önəmli məsələdir.
Bu mənada həmsədrlərin bəyanatında yer almış və Azərbaycanın gələcək danışıqlarda mövqelərinə faydalı ola biləcək bu cür məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac var. Bunun üçün də Azərbaycan daha bir diplomatik manevrdə mütləq iştirak etməlidir.
Söhbət 29 oktyabrda Cenevrədə hər iki ölkə XİN-ləri arasında keçiriləcək görüşdə iştirak faktından gedir. ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatında qeyd olunur ki, ‘’...həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə görüşərək razılaşdırılacaq qrafikə əsasən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək, razılığa gəlmək və həyata keçirməyə başlamaq üçün Azərbaycan və Ermənistan liderləri tərəfindən qəbul edilən baza prinsiplərinə uyğun olaraq yenidən bir araya gəlməyi qəbul ediblər’’. Bu mürəkkəb cümlənin anlamı çox sadədir - Azərbaycanın hələ zamanı var, danışıqlar prosesi başlayana qədər Qarabağda çox şeylər dəyişə, ya da başlaya bilər...
Bu prosesdə ən maraqlı məqamlardan biri də baza prinsiplərini rədd edən, bir neçə gün öncə “Münaqişənin diplomatik həlli yoxdur” deyən N.Paşinyanın artıq məcbur olub bu dəfə danışıqlar üçün ABŞ-a yalvarmasıdır. Musavat.com mətbuat və digər rəsmi qaynaqlara istinadən bildirir ki, artıq Nikol Paşinyan kompromislərdən danışır.
Lakin təcrübə göstərir ki, bu adamdan hər an hər şey gözlənilir. O, çox asanlıqla bir şey söyləyir, lakin tamamilə onun ziddinə olan hərəkət edir. Əgər bu humanitar atəşkəs də Ermənistan tərəfindən pozularsa, Azərbaycan yenə düşmənə qətiyyətli cavab verəcək. Azərbaycan 10 oktyabrdan bəri ‘’davam edən’’ atəşkəs müddətində düşmənin bütün hücum və provokasiyalarına layiqli, sarsıdıcı cavablar verməyi bacarıb, bundan sonra da bacaracaq.
Yekunda bir faktı qeyd edək: təəssüf ki, Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir. Bu barədə ötən gün Azərbaycan prezidenti İlham Əliyev də açıq şəkildə məlumat verdi. O dedi ki, Azərbaycan Ermənistana silahların hansı dövlətlər tərəfindən hansı marşurutla gətirildiyini yaxşı bilir və daşınan yükün təyinatı haqda da müfəssəl məlumatlıdır.
Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan bu humanitar atəşkəsə da riayət etməyəcək. Bununla da Dağlıq Qarabağda müharibənin yaxın günlərdə səngiməsi, ara verilməsi mümkünsüz görünür.
Oxşar Xəbərlər
Üçüncü humanitar atəşkəs:
Prezident İlham Əliyev 8 ölkənin rəhbərlərinə məktub ünvanlayıb
Növbəti humanitar atəşkəs:
Prezidentin köməkçisi:
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…