Prezident onlara qonaq getdi -
Fotolar
İlham Əliyev:
Xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
İlham Əliyev:
Bütün Azərbaycan xalqı üçün bayramdır
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
“WhatsApp” sizə bildiriş göndərəcək:
Doğum günlərini...
Dünya bu DƏHŞƏTLİ GÖRÜNTÜLƏRDƏN danışır - FOTOLAR
Maşın almaq istəyənlərə VACİB XƏBƏR
SON DƏQİQƏ! Sürətlə Yerə yaxınlaşır -
Tarix AÇIQLANDI
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Ukrayna dəhşətli hücuma başladı: 270 dron...
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
İrəvandan Ankaraya kodlu mesaj, yalvarış -
sərhədlər açılsın, bəs sonra...
Region mühüm dəyişikliklər astanasına gəlib; məğlub Ermənistanda isə qurtuluş əvəzinə, hələ də “günah keçisi” axtarılır, ən böyük suçlu erməni xalqının özü ola-ola...
44 günlük kapitulyasiyadan sonra Ermənistan üçün çıxış yolu, böhrandan qurtuluş axtarmaq əvəzinə, günahkar axtarışı davam edir. Müşahidə edilən həmçinin budur ki, hər qəlibdən olan radikal-revanşistlər, daşnak-terrorçular erməni xalqına yeganə doğru seçimi etməyə imkan vermirlər.
“Bulanıq suda balıq tutmaq” istəyən, yəni öz xalqının faciələrindən hakimiyyət maraqları üçün istifadə etməyə çalışanlardan biri və birincisi isə sabiq prezident Robert Köçəryandır. Ancaq əksər siyasi təhlilçilər onun revanş götürmək şanslarını sıfırın altında qiymətləndirirlər. Ona görə ki, erməni toplumun böyük bir qismi mövcud kritik duruma görə onu da günahkar bilir. Həm də haqlı olaraq.
*****
“Köçəryan bu gün yeri yalnız tarixin zibilliyi olan, Kreml tərəfindən rədd edilmiş bir gədadır”. “Yeni Müsavat”ın məlumatına görə, bunu rusiyalı tanınmış tarixçi-analitik Oleq Kuznetsov deyib.
Oleq Kuznetsov
Kuznetsov hesab edir ki, bu gün bu Xocalı hərbi canisinin nə öz xalqına və Ermənistanın coğrafi əhatəsinə, nə də dünya birliyinə təklif edəcəyi bir şey yoxdur. “Onun Ermənistanı müharibədən sonrakı xaosdan çıxarmaq üçün sistemli bir siyasi və iqtisadi modeli yoxdur. Böyük siyasətə qayıtdığını elan etməsi ilə o, açıq-aşkar nasist mahiyyətli Qarabağ klanının çürümüş leşinə bir paya batırdı, bütün ortaqlarını təslim etdi, onları qaçılmaz potensial siyasi repressiyaya məruz qoydu”, - deyə analitik qeyd edib.
“Ermənistanda siyasi böhran davam edir, lakin erməni xalqı ölkəni səmərəsiz şəkildə idarə etmiş şəxslərin geri qayıdışını da istəməyəcək”. Bunu isə digər rusiyalı hərbi ekspert, İqor Korotçenko Bakıda keçirdiyi mətbuat konfransında söyləyib.
“İndi bu ölkədəki vəziyyət Puşkinin məşhur nağılını xatırladır: Ermənistan çoxu istəyirdi, amma azdan da məhrum oldu. İrəvan 10 noyabrda imzalanan razılaşmanı tam şəkildə həyata keçirməlidir”, - Korotçenko deyib.
Onun sözlərinə görə, Azərbaycanla daha güc dilində danışmaq mümkün deyil. “Azərbaycan çox effektiv və dinamik şəkildə inkişaf edir. Bu bütün millətlərin bərabər olduqları, özlərini eyni dərəcədə yaxşı hiss etdikləri, bütün mədəniyyətlərin və dinlərin qorunduqlarını hiss etdikləri dünyəvi dövlətdir”, - o vurğulayıb.
*****
Aydındır ki, erməni cəmiyyətinin müəyyən hissəsində Köçəryan kimi avantürist siyasətbazlara rəğbət qaldıqca, toplum “çürümüş leş iyi verən” Qarabağ klanından birdəfəlik üzülüşməyincə, Ermənistanın fəlakətləri və sarsıntıları davam edəcək. Erməni xalqının səmimi etiraflar eləməsi çətin olacaq. Yenə “günah keçiləri” axtarılacaq - əsas günahlar toplumun özü ola-ola.
“Ermənilər heç vaxt bu qədər sınmış, psixoloji sarsıntı keçirmiş, məyus vəziyyətdə olmamışdılar”.
Artak Zakaryan
Bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini, general Artak Zakaryan deyib (Virtualaz.org). Zakaryana görə, ermənilər son bir ildə gördükləri güclü psixoloji zərbə ilə son yüz ildə rastlaşmamışdılar: “İnsanlar öz gələcəklərini qeyri-müəyyən görürlər. Səbəblər əlbəttə ki, hər kəsə yaxşı məlumdur. Birincisi, müharibənin ağrılı nəticələri yaranıb. O müharibə ki, günahkarları hələ də hökumətin himayəsi altında gizlədilir. Hökumət ermənilərin əlindən qələbə ruhunu, Ermənistanın təhlükəsizliyini aldı, yaşamaq və inkişaf etmək üçün mümkün perspektivləri alt-üst etdi. Bu iki real fakt insanların məyusluğuna gətirib çıxardı: kapitulyasiya ilə nəticələnən müharibə və 2018-ci ildən bəri Nikolla əlaqəli boş ümidlər. Ayıq olmalı, özümüzə gəlməli və məyusluqla bağlı ruhi hallara müqavimət göstərməliyik. Qalxmaq, irəliləmək, daha da güclənmək üçün istifadə olunmamış potensialımız var. Bizi daim aldadan informasiyalara boyun əyməyə haqqımız yoxdur”.
Zakaryan daha sonra vurğulayıb ki, yaxın gələcəkdə bölgə ilə bağlı böyük dəyişikliklər ola bilər:
“Bu dəyişikliklər həm də ölkəmizin həyati maraqları ilə əlaqəli olacaq. Onlardan istifadə etməyə, dövlətimizin maraqları naminə xidmət göstərməyə hazır olmalıyıq. Yenidən toparlanmalı, bu dağıdıcı ruh halından çıxmalı, tarixin təkərlərini döndərməli və yalnız istədiyimiz gələcəyə baxmalıyıq. Bir şey aydındır ki, Nikol və komandası bu gün ölkəmizin irəliləməsinə səbəb olan təkərlərə ilişən çubuq kimidir”.
*****
Göründüyü kimi, yenə “günahkar axtarışı” məsələsi. Halbuki qonşu xalqın dirçəlişinin, fiziki və ruhi böhrandan çıxışının resepti bəlli. Və bu resept hakimiyyət sükanı arxasında hansı “yan”ın durmasından əsla asılı deyil. Velosipedi təzədən kəşf eləməyə nə lüzum? Çıxış yolu, qurtuluş qonşularla, Türkiyə və Azərbaycanla təcili dil tapmaqdır. Deyəsən bu yöndə tədricən də olsa, ictimai-siyasi dərk başlayıb. Hər halda, İrəvandan Ankaraya ehtiyatlı şəkildə də olsa, bəzi mesajlar verilməkdədir.
Məsələn, Ermənistanın XİN rəhbəri
Ara Ayvazyan
srağagün müharibən sonra ilk dəfə XİN adından maraqlı bir açıqlama verib. Məğlub ölkənin baş diplomatı deyib: “İrəvan gözləyir ki, rəsmi Ankara Ermənistanla sərhədləri açsın. Türkiyə Dağlıq Qarabağda yaranmış status-kvoya etiraz olaraq sərhədi bağlamışdı. Artıq status-kvo hərbi yolla dəyişdirilib. Yəni Türkiyənin Ermənistanla sərhədi bağlı saxlaması üçün daha elə bir əsası qalmayıb. Türkiyə beynəlxalq təzyiq altında yavaş-yavaş bu prosesə start verməlidir. Hələ ki bu istiqamətdə hər hansı bir prosesin getdiyi müşahidə olunmur”.
Rəsmi İrəvanın Ankaraya bu kodlu, yalvarış tonlu, bir qədər də ikibaşlı mesajı müəyyən mənada blokadanın, çıxılmazlığın və böhranın diktəsindən doğan etiraf və yeni reallığın qəbulu kimi də dəyərləndirilə bilər. Hərçənd bölgədə yolların və sərhədlərin açılması məsələsi 10 noyabr üçtərəfli sənədində aydın göstərilib. Düzdür, orada Türkiyənin adı çəkilmir. Amma Türkiyə Günəş kimidir, üzərini “bulud” örtsə də, hamı bilir ki, o var, o cümlədən Güney Qafqazda.
Qardaş məmləkətin sərhədlərlə bağlı tək şərti isə çoxdan bəlli. Yəni sərhədlər yalnız açılmaq xətrinə açıla bilməz. Ermənistan, nəhayət, özünü öz çəkisinə uyğun və XXI əsrin normal, sivil dövləti kimi aparmağa başlayacaqmı? Mesajdan qat-qat önəmli olan məhz bu sualın cavabıdır...
Oxşar Xəbərlər
SARQSYANIN KÜRƏKƏNİ YENƏ “COŞDU” –
“Ali Baş Komandan Paşinyan,
Ermənistan müxalifəti
Qarabağ klanının siyasi “meyitlər”i -
Xəbər lenti
Növbəti 3 günlə bağlı
Xəbərlər
Prezident onlara qonaq getdi -
Fotolar
İlham Əliyev:
Xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
İlham Əliyev:
Bütün Azərbaycan xalqı üçün bayramdır
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
“WhatsApp” sizə bildiriş göndərəcək:
Doğum günlərini...
Dəhşətli təyyarə qəzası: ölənlər var
Dünya bu DƏHŞƏTLİ GÖRÜNTÜLƏRDƏN danışır - FOTOLAR
Maşın almaq istəyənlərə VACİB XƏBƏR
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ
SON DƏQİQƏ! Sürətlə Yerə yaxınlaşır -
Tarix AÇIQLANDI
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Ukrayna dəhşətli hücuma başladı: 270 dron...
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
Balakəndə qəbiristanlıq su altında qaldı -
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" -
Foto
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU
MİQ imtahanları bu tarixdən başlayacaq -
Açıqlandı
Elşad Xosedən polisə şikayət olundu
Rusiya Ukraynada sərnişin avtobusunu vurdu
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ -
QİYMƏTLƏR
SON DƏQİQƏ:
Prezident FƏRMAN imzaladı
"Ay qızım, kömək elə…” –
Bakıda eskalator zülmü - Reportaj/Foto
Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO
Bir daha restorana gedəndə buz istəməyin:
Mütəxəssislər səbəbini açıqladı
Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Ceyhun Bayramov:
Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb
Bakının bir sıra yollarında tıxac yaranıb
İran XİN ABŞ-yə kömək edən ölkələri hədələdi
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq —
Açıqlama
Ece İrtemin ölüm səbəbi məlum oldu
Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi
Prezident fərman imzaladı - Qadağan edildi
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi -
Sərəncam
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
Sabirabadda 10 kiloqram narkotik aşkarlanıb
16 yaşlı Vüsalın da meyiti tapıldı
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Növbəti 3 günlə bağlı
Xəbərlər
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI