Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
Əvvəlki
Sonrakı
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Paşinyan üçün təhlükə sovuşdumu -
ekspertlərdən maraqlı şərh
Politoloqlar hesab edir ki, Nikol daha çox hakimiyyətdən gedəcəyi təqdirdə həbs olunacağından ehtiyatlanır
44 günlük II Qarabağ savaşında rüsvayçı şəkildə məğlub olan Ermənistanda vəziyyət durmadan gərginləşir. Son olaraq, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan baş nazir Nikol Paşinyan tərəfindən istefaya göndərilib.
O, vəzifədən çıxarılmasını belə izah edib: “Mənim mövqeyimdə dəyişiklik yoxdur, işdən azad edilməyimlə bağlı proses konstitusiyaya ziddir. Baş nazirin istefa verməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi indiki böhran vəziyyətdən çıxmağın yeganə yoludur”.
Qeyd edək ki, Qasparyan Paşinyanı devirmək istəyən şəxs idi və hətta günlər öncə ona qarşı qiyam da qaldırmışdı. Onun vəzifədən uzaqlaşdırılmasından sonra düşmən ölkədə siyasi vəziyyət stabilləşəcəkmi? Paşinyan üçün təhlükə sovuşdumu? Orada vəziyyətin sabitləşməsi Azərbaycana xeyirdirmi?
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyir ki, Ermənistanda hökumət böhranı sürpriz deyildi: “Proseslər barədə hər kəs bilir deyə, biz proqnostik yönünə baxsaq, deyə bilərik ki, hazırda bu mərhələdən sonra Nikol Paşinyanın qarşısında bir neçə məsələni həll etmək dayanır:
Azərbaycanla münasibətlərdə götürülmüş öhdəliklərə sadiqlik;
Baş qərargah rəisinin vəzifədən azad edilməsi prosesində prezidentlə yaşanan münaqişə;
Türkiyə ilə sərhədlərin açılması;
Növbəti rus-Qərb qarşıdurmasına hazırlıq.
Hazırda Nikol Paşinyanın ölkədə nüfuzu çox olduğundan vaxtından əvvəl seçkilərə qatılıb, erməni xalqından kart-blanş almaq istəyəcək. Ona görə də dediyim proseslər və təhlükələr Nikol üçün qalmaqda davam edəcək. Təbii, Azərbaycan üçün bu vəziyyət, hər halda, sərfəlidir. Amma bizim strateji planlarımızda regionun iqtisadi inkişafı və əməkdaşlıq məqsədi durduğundan mütləq nəzərə almalıyıq ki, bu mərhələni Paşinyan iqtidarı ilə reallaşdıra bilərik. Hərbi xuntanın, revanşistlərin gəlişi isə təkcə İrəvanı deyil, bütün bölgəni bir 30 il tormozlaya bilər".
Akif Nağı
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Paşinyanın başı üzərindən qara buludların çəkilmədiyini düşünür:
“Baş qərargah rəisinin nəhayət ki, istefaya göndərilməsi Paşinyanın uğuru kimi dəyərləndirilə bilər. O, buna prezident Sərkisyanı öz tərəfinə çəkməklə nail ola bildi. Güman etmək olar ki, Rusiya konkret addımlar atmağa başlayıb, ən azından keçid dövrü üçün Paşinyanı müdafiə etmək, qüvvələri onun ətrafında birləşdirmək istəyir. Amma Paşinyanın böhrandan çıxdığını demək olmaz. Vəziyyət çox gərgin olaraq qalır. Müxalifət daha sərt və radikal addımlara əl atır. Parlamentin giriş-çıxışlarının bağlanması müxalifətin geri çəkilmək istəməməsinin göstəricisidir. Müxalifət kütləvi hərəkata nail ola bilmir, bunu radikal addımlarla kompensasiya etməyə çalışır. Ermənistan əhalisinin böyük əksəriyyəti vəziyyətdən narazıdır, amma hələ gözləmə mövqeyindədir. İstənilən bir hadisə kütləvi hərəkata təkan verə bilər. Hələ ki belə hadisə baş verməyib. Müxalif nümayəndələrdən birinin, məsələn, öldürülməsi belə təkan, qığılcım rolunu oynaya bilər. Məncə, müxalifət hadisələri bu istiqamətə yönəltməyə çalışır. Bu hadisə baş verə bilər”.
Ülkər Piriyeva
Politoloq Ülkər Piriyevanın da bu barədə fikirləri xüsusi diqqət çəkir:
“Artıq 4 aydır ki, Ermənistanda sular durulmur və orada vəziyyət kifayət qədər ciddidir. Təbii olaraq Paşinyan tərəfdarları və Paşinyan əleyhdarlarının açıq mübarizə aksiyası başlayıb. Yəni, kim əhalinin daha çox hissəsini meydanlara çıxara bilir, əlbəttə, bu, açıq-aşkar hiss olunur.
Bəli, Nikol Paşinyanın “İskəndər” raketi ilə bağlı açıqlamalarından sonra yaşanan hadisələr ölkədə bir neçə cəbhənin yaranmasına səbəb oldu. Belə ki, bu tərs siyasi qarışıqlığın olduğu bir vəziyyətdə, fürsətdən istifadə edən Ermənistan müxalifəti də iqtidara qarşı mübarizəsini daha da gücləndirib. Etiraz aksiyaları ilə müxalifətçi liderlərin silahlı qüvvələrin baş qərargahı ilə Paşinyan arasında yaşanan vəziyyətdən hakimiyyətə gəlmək üçün istifadə etməyə çalışdıqları da aşkardır.
Əslində Paşinyan çoxdan hakimiyyətdən gedib. Yəni Qarabağ Zəfəri ərəfəsində, xüsusilə Şuşanın alındığı gün Paşinyan hakimiyyətinin məğlubiyyəti artıq qaçılmaz oldu və o öz müqəddəratını həmin vaxt təyin etdi.
Ermənistanın istər siyasət, istərsə də Qarabağda olan rüsvayçı məğlubiyyəti elə həmin anlardan Ermənistanda bugünkü vəziyyətin birbaşa ilk siqnallarını vermiş oldu. Belə ki, Ermənistan xalqı artıq Qarabağ Zəfərinə qədər bir vaxt ərzində Paşinyanın onların başını boş vədlərlə qatdığını və bu məğlubiyyətin əsas və mənbəyinin onun yarıtmaz siyasətinin olduğunu anlamış oldu.
Bu gün erməni xalqının etiraz aksiyaları ilk növbədə Paşinyanın özünün təhlükəsizliyinin əldən getdiyinin xəbərçisidir. Və onun bu tərz mübarizəsi də, sadəcə, siyasi manevrdir ki, əlavə vaxt udsun. Bununla da o, növbəti seçkilərə hədəflənib. Bütün bunlar onun istər himayədarları, istərsə də özü tərəfindən hesablanmış addımlardır. O özü də yaxşı bilir ki, hakimiyyətdən getdiyi halda meydanda müdafiəsiz qalacaq və belə olduğu təqdirdə onun əleyhdarları və ya həbs etdirdikləri olsun, Qarabağda olan rüsvayçı məğlubiyyət səbəbi ilə, qərbyönümlü Paşinyanın birbaşa istintaqa cəlb olunması üçün əllərindən gələni edəcəklər. Ancaq etiraz aksiyaları sırasında da bu gün artıq Qərbin işartıları hiss olunur. Digər tərəfdən, hələ ki Rusiyanın işə qarışdığını görmürük. Paşinyan heç də Rusiyanın istəyini doğruldan addımlar atmadı. Ancaq Rusiya belə bir vəziyyətdə heç də tələsmir. Tətbiq edəcəyi planı zamana yayır. Bunun səbəbi həm beynəlxalq aləmdə əlini rahatlatmaq, həm də bölgə xalqının radikal səviyyədə diqqətini çəkməməkdir.
Lakin bu da bir reallıqdır ki, Rusiya Paşinyanın yerinə özünə bağlı birinə üstünlük verəcəkdir. Hazırda Paşinyan bu qədər etirazlara rəğmən, hakimiyyətdə qalib gəlmiş kimi görünsə də, Rusiya hədəfini gerçəkləşdirmək üçün bunu da zamana yayacaq. Çünki Paşinyan üçün heç bir təhlükə sovuşmayıb, əksinə, daha qarışıq durumlar bundan sonra gözlənilir.
“Ermənistandakı vəziyyətin stabilləşməsi Azərbaycana xeyirdirmi” sualına gəlincə, hər birimizə məlumdur ki, Ulu Öndər Heydər Əliyevin uğurlu davamçısı, Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, istər siyasət meydanında və istərsə də güclü ordusunun başında hər zaman öz sözünü deyən və xalqına verdiyi vədi mərdliklə yerinə yetirən Güclü Siyasi Liderimiz, hörmətli Prezidentimiz var. Və bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, öz inkişaf yolu mövcuddur.
Bu danılmaz həqiqətdir ki, Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Biz bunu 44 günlük Vətən müharibəmizdə və onun nəticəsi olan Şanlı Qarabağ Zəfərində görmüş olduq. Buna nəin ki qüdrətli xalqımız, bütün dünya şahidlik etdi.
Təbii ki, hər bir xalqın taleyində, onun bəlli inkişaf mərhələsinə qədəm qoyduğu bir zamanda böyük nüfuza malik liderə ehtiyac duyulur. 44 gün ərzində Prezident İlham Əliyevin müəllifliyi ilə müasir Azərbaycan tarixinin yeni bir şanlı səhifəsi yazıldı. Biz bunu Prezidentin 4 dildə keçirdiyi - dünyanın dörd bir yanından jurnalistlərin iştirak etdiyi mətbuat konfransında da bir daha gördük. Cənab Prezidentin illərdir rəhbərliyi nəticəsində ölkəmizdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq, Azərbaycan Respublikası dünyanın sürətli inkişaf yolunda irəliləyən, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanınır. Qürurla qeyd edə bilərik ki, artıq keçid dövrünü geridə qoyan dövlətimizin iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub ki, bu mərhələdə də əsas məqsədlərdən biri uzunmüddətli perspektivə əsaslanaraq ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Odur ki, bu gün Ermənistanda baş verənlərin ölkəmizə təsiri ola bilməz. Çünki həm ölkə daxilində gedən proseslər və həm də Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxformatlı əlaqələrinin daim genişlənməsi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də davam etdirilən siyasi kurs düzgün istiqamətdədir.
Fikrimcə, erməni xalqı istər hakimiyyətdən və istərsə də onun yalan vədlərindən bezmiş vəziyyətdədir. Belə ki, Ermənistandakı hökuməti xalq özü dəyişməlidir. Çünki Paşinyan hakimiyyəti erməni xalqına verdiyi heç bir vədə əməl etmədi".
Oxşar Xəbərlər
Paşinyan müxalifət partiyasının liderini qəbul edib
ERMƏNİSTANDA DÖVLƏT ÇEVRİLİŞİ BAŞLADI! -
“O da hardasa gizlənməli idi” -
“Paşinyan təxribat törətdi və Türkiyəyə…” -
Xəbər lenti
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Bu qaydanı pozanlar cərimələnəcək -
2 min manatadək
Güneldən atası ilə bağlı paylaşım -
Foto
Daşınmaz əmlakla bağlı BUNU EDİN-
Əks halda CƏRİMƏ
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
Kanadada silahlı insidentdə 3 nəfər öldü
-VİDEO
Suyu Zaur Mikayılov verir, yoxsa Adil Əliyev?
Məşhur şirkətlə bağlı ŞOK İDDİA:
20 milyard dollarlıq MƏHKƏMƏ
Bakıda 6 istiqamətdə tıxac var -
SİYAHI
XİN-dən dövlət qulluqçuları ilə bağlı PAYLAŞIM
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi
Bakının bəzi ərazilərində işıq kəsiləcək
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir?
Bakıda 24 yaşlı qız faciəli şəkildə ÖLDÜ
Prezidentlərin geniş tərkibdə görüşü oldu
FOTO
DİQQƏT: Maşın bazarında "Dovşan" adlı dələduz qruplaşma fəliyyət göstərir
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK:
Pensiya yaşı rəsmən 65-ə çatır
AZAL yeni "Airbus A320neo" təyyarəsini istismara verdi
Türkiyədə toy yasa çevrildi - 15 yaşlı yeniyetmə 11 nəfəri güllələdi
Partlayış səsləri eşidiləcək -
Əhaliyə xəbərdarlıq!
Bu həftə 4 gün işləyəcəyik
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
PRİZMA
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Sabah ölkədə qısa iş günü olacaq
Pensiya artımı ilə bağlı mühüm xəbər
Bu yolda hərəkət məhdudlaşdırıldı
1200 abonentin qazı kəsiləcək
Sabah Bakıda və rayonlarda yağış yağacaq