Sumqayıtda iş adamınıa qarşı 600 min manatlıq şantaj əməliyyatı...
- Təfərrüat
“İranla saziş əldə edildi, hamını təbrik edirəm!”
Koçaryanın saxlanılma anı sosial şəbəkədə yayıldı
-VİDEO+FOTO
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əvvəlki
Sonrakı
Milli Qurtuluşdan tarixi zəfərə
Bu gün, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Elman Məmmədov: “Kənar qüvvələr olmasa, Qarabağda bir erməni də qalmayacaq”
Budəfəki müsahibimiz deputat, 124 saylı Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsini Milli Məclisdə təmsil edən Elman Məmmədovdur. Az öncə bölgədən, Xocalı camaatı ilə görüşdən qayıtmışdı. Yol yorğunu olsa da, qəzetimizə danışdı. Deyir ki, Goranboyun Aşağı Ağcəkəndində müvəqqəti məskunlaşan Xocalı Rayon İcra Hakimiyyəti və bütün idarə və təşkilatlar, o cümlədən ölkənin 56-dək şəhər və rayonlarında müvəqqəti yaşayan Xocalı camaatı da tezliklə doğma yurda qayıdışı arzulayırlar:
- Hamımız Xocalıya qayıdacağımız günü gözləyirik. Düşməni Xocalıdan təmizləyib qayıdacağımızı təbii ki, intizarla gözləyirik. Necə ki, digər rayonlarımız düşməndən tam təmizlənib və artıq qayıdış üçün hazırlıqlar gedir, eləcə də Xocalını gözləyirik. Düzdür, Xocalının Şuşaya yaxın olan bir neçə kəndi, Sığnaq, Çanaqçı, Dəmirçilər kimi 10-dan artıq düşməndən azad olunmuş yaşayış məntəqəsi bizim nəzarətimizdədir, amma Xocalının təmizlənəcəyini gözləyirik.
- Elman bəy, ermənilərin mahiyyətinə yaxından bələdsiniz, ona görə də sizin fikirləriniz çox maraqlıdır, Qarabağ erməniləri rus sülhməramlılarının təsir zonasında olan ərazilərdə, xüsusilə də Xocalı ərazisində tikinti işləri apardıqları barədə xəbərlər, fotolar yayırlar. Yəqin razılaşarsınız, Xocalı bizim üçün çox həssas məsələdir. Elə isə nə baş verir, ermənilər yenə də bizim heysiyyətimizlə oynamaq istəyir, yoxsa məqsəd nədir?
- Mən həmişə qeyri-səmimilikdən uzaq olmağa çalışıram. Səsləndirəcəyim fikirlərlə Rusiya və Azərbaycan dövlətləri arasındakı münasibətlərə, əməkdaşlığa, tərəfdaşlığa soyuqluq gətirmək, kölgə salmaq istəmirəm. Ancaq real vəziyyət nədir, onu deyirəm. O tikinti işlərini aparan da, oradan 44 günlük müharibə dövründə qaçıb getmiş erməniləri Ermənistandan, hətta kənardan digər erməniləri yığıb gətirən, burada yerləşdirən də, bütün istiqamətlərdə humanitar yardım göstərənlər də, bağça, məktəb açanlar da sülhməramlı adı ilə ərazilərimizdə yerləşmiş Rusiya hərbi qüvvələridir. Təbii ki, onlar özbaşına deyil, yəqin Moskva belə istəyir. Yəni “dost” deyirlər, amma baxırıq ki, bunlar nə işlə məşğuldurlar. Deyilənə görə, bu gün 10 min nəfərə qədər, bəlkə də artıq sayda həm Qarabağdakı cinayətkar quruma aid, həm də Ermənistan dövlətinə aid quldur dəstələr, silahlı birləşmələr Azərbaycan ərazisində qalmaqdadır. Bunları kim himayə edir, saxlayır, haradan təmin olunurlar? Bunların yeganə bir təminat yolu var: Laçın dəhlizi. Dəhliz kimin nəzarətindədir?
- Erməni diversantlar da etiraf etdilər ki, rus sülhməramlıların yanından keçib Qarabağa gəliblər...
- Burada sübut olunası bir şey yoxdur, bu, aksiomadır. 5 km enində olan Laçın dəhlizi, dəhlizdəki sərhədimiz kimin nəzarətindədir - rus sülhməramlıların. Oradakı erməni əhalinin, qaçaq-quldur dəstəsinin, terrorçu-diversant qrupların, silahlı birləşmələrin yanacaq, silah-sursat və başqa təminatları haradan gəlir - Laçın dəhlizindən daşınır. Yerin altından çıxmır, nə də göydən tökülmür. Laçın dəhlizi kimin nəzarətindədir, Rusiya sülhməramlılarının. Məntiq onu deməyə əsas verir ki, rus sülhməramlıları onların orada qalmasına, güclənməsinə və fəaliyyətinə şərait yaradırlar!
- Deməli, dövlətimiz Ermənistandan mina xəritələrini aldığı bir vaxtda rus sülhməramlıları orada yenidən nə vaxtsa partlayacaq “mina”lar basdırırlar, quldur dəstələrinin timsalında, elə deyilmi?
““Erməniləri qorxuya salan bir məsələ də odur ki, bu qədər azərbaycanlı öz doğma yurd-yuvasına qayıdanda oradakı ermənilər ayaq altında qalacaqlar”
- Təbii. Azərbaycan dövləti üçün bu “mina”lar 1923-cü ildən basdırılmağa başlamışdı, Azərbaycan ərazisində heç bir hüquqi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti yarandığı gündən. Bu “mina”lar basdırılmışdı, partlayacağı günü gözləyirdi və 1988-ci ildə Qorbaçovun “xeyir-duası” ilə başladı partlamağa. Bu gün də əgər biz ərazimizdəki cinayətkar-separatçı qurumu məhv etməsək, Araik, Balasanyan və başqa cinayətkarları həbs edib başqasına çatdırmasaq, ərazilərimizdən təmizləməsək, onlara aid olan “Dağıq Qarabağ ordusu” deyirlər, onlar və Ermənistan ordusunun müəyyən hissələri hələ qalmaqdadır, onları məhv edib, ərazilərimizdən təmizləməsək, onlar getdikcə sülhməramlılar və Fransa kimi himayədarlarının vasitəsilə, cənub qonşumuzdan daşınan silah-sursatın hesabına get-gedə dirçəlib güclənəcəklər və Azərbaycan üçün təhlükə mənbəyi olacaqlar. Ona görə də biz heç kimdən soruşmadan, kimin nə düşündüyünə əhəmiyyət vermədən, Rusiya ilə Fransanın nə məsləhətləşməsindən, düşündüyündən asılı olmayaraq, ərazimizdə separatçı qurumun varlığına son qoymalı, onun kökünü qazımalı, məhv etməli, təmizləməliyik, cinayətkarlar cəzasına çatmalıdır.
- Dövlət başçısı da bəyan edib ki, artıq Dağlıq Qarabağ adlı inzibati ərazi mövcud deyil. Laçın dəhlizinə Azərbaycan hərbçilərinin nəzarət etməsi məsələsi gündəmə gələ bilərmi?
- Birmənalı olaraq. Azərbaycan sərhədçisi Laçın dəhlizinin həmin 5 km-lik ərazisinə nəzarət etməlidir. Orada Azərbaycan sərhədçisi dayanmalıdır. Azərbaycan ərazisinə kim gəlir-çıxır, nə gətirir, nə aparır, hamısını Azərbaycan sərhədçisi nəzarətə götürməlidir, rus sülhməramlısı yox. Sülhməramlının missiyası tamam başqadır. Sülhməramlı o demək deyil ki, sən cinayətkarlarla əməkdaşlıq elə, cinayətkarın təhlükəsizliyini təmin elə, cinayətkarı, Araiki, o biri qulduru sal yanına, Qarabağı o baş-bu baş gəzdir! Demək, bunlar özləri bu fəaliyyətləri ilə cinayət etmiş olurlar, Azərbaycan qanunlarını pozurlar. Ona görə də, məncə, belə davam etsə, Azərbaycan sülhməramlıların bizim ərazimizdə qalıb-qalmaması məsələsinə də baxmalı olacaq. Rusiya dövlətinə, dövlət başçısına, yaxud Fransanın erməni dövlət başçısına sual verək ki, siz qəbul edərsinizmi ərazinizdə separatçı, cinayətkar, sənə tabe olmayan qurum fəaliyyət göstərsin? Təbii ki, cavab verəcəklər ki, “yox”. Bəs onda biz niyə razı olmalıyıq? Hələ cənab Putin Makronu da çağırır ki, sən də gəl, ermənilərə humanitar yardım, maddi yardım göstər! Orada qalanlar kimdir? Cinayətkarlar! Silahlı birləşmələr! Demək, bunlara yardıma, bunları qorumağa çağırırlar. Təbii ki, Azərbaycan bunları qəbul etmir. Bunların hərəkəti məcbur edəcək ki, Azərbaycan öz hərbi gücündən istifadə edib, antiterror əməliyyatlarına başlasın, ərazisini separatçılardan, quldurlardan təmizləsin.
- Biz də inanırıq. Necə ki, Azərbaycan dövlətinin qətiyyəti qarşısında Ermənistan mina xəritələrini ortaya çıxartmağa və bir hissəsini Bakıya verməyə vadar oldu. Siz bu mübadiləyə necə baxırsınız?
- Bu mübadilə Azərbaycan dövlət başçısının apardığı çox uğurlu işin növbəti töhfələrindən, nəticələrindən biridir. Əgər biz o terrorçuları, quldurları vaxtında həbs edib, mühakimə etməsəydik və başqalarının təzyiqinə baxıb, onları elə-belə buraxsaydıq, təbii ki, xəritə məsələsi olmayacaqdı. Niyə indiyədək xəritələri vermirdilər və niyə Rusiya ermənilərdən almırdı? ABŞ işə qarışandan, Ağdamın mina xəritələri alınandan sonra Rusiya gördü ki, məsələ bunun bölgədəki nüfuzuna xələl gətirir, nüfuzunu laxladır. O zaman özü işə qarışdı, Füzuli və Zəngilanın xəritələri ilə bağlı vasitəçilik etdi. Yəni onlar bu yola getməyə məcbur oldular. Bu, Azərbaycanın növbəti uğuru, qələbəsidir.
- Elman bəy, hətta başqa ölkələrin vətəndaşı olan ermənilərin də Qarabağa, o cümlədən Xocalıya köçürüldüyü haqda məlumatlar yayılır. Siz bu məlumatları necə qarşılayırsınız? Ümumiyyətlə, vaxtilə Xocalıda ermənilərin sayı nə qədər olub?
- Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Xocalı rayonu 1991-ci ilin 26 noyabrında yaradılıb. Yəni həmin tarixdə Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) statusuna xitam verildi, vilayət ləğv olundu. O vilayət ərazisində hansı rayonlar var idi: Şuşa rayonu indi də mövcuddur. Əsgəran rayonu var idi, ləğv olundu, onun yerində mərkəzi Xocalı şəhəri olmaqla Xocalı rayonu yaradıldı. Hadrut və Martuni rayonları ləğv olundu, ikisinin yerində Xocavənd rayonu yaradıldı. Mardakert rayonu ləğv olundu, onun yerində mərkəzi Ağdərə olmaqla Ağdərə rayonu yaradıldı. Çox təəssüf ki, 1992-ci ilin oktyabrında o vaxt Azərbaycanda Ali Sovet çox səhv bir qərar qəbul etdi və nəyə görəsə Ağdərə rayonunu ləğv edib üç rayon - Ağdam, Kəlbəcər və Tərtər arasında bölüşdürdü. Bu gün Xocalı rayonu Xocalı şəhərindən, Əsgəran qəsəbəsindən və 53 kənddən ibarətdir. Bu kəndlərin əksəriyyətində, həm Əsgəranda, həm də kəndlərin xeyli hissəsində ermənilər yaşayırdılar. Xocalı şəhəri, Cəmilli, Meşəli, Kosalar və digərləri Azərbaycan kəndləri idi. Xocalı şəhərinin əhalisi və daha 5 kəndin əhalisi tam azərbaycanlılardan ibarət idi. Ancaq rayonda ermənilərin sayı çox idi.
- Amma ermənilərin sayının süni şəkildə şişirdilməsi məsələsini də bir kənara qoymaq olmaz...
- Ona aydınlıq gətirim. 1989-cu ildə SSRİ-də əhalinin siyahıyaalınması keçirildi. Həmin siyahıyaalınmada təbii ki, DQMV var idi və vilayətdəki rəhbər orqanların başında ermənilər dururdu. Əhalinin siyahıya alınmasına da ermənilər rəhbərlik edirdi. Həmin siyahıyaalmanın nəticələrinə görə, DQMV əhalisinin sayı 180 min nəfərə qədər göstərilir, 130 min nəfər erməni, 50-60 min nəfər əsasən azərbaycanlılar və digər azlıqlar. Ancaq bu gün statistika necədir? Cənab Prezidentimiz də çıxışlarında bir neçə dəfə səsləndirib ki, ermənilər və onları himayə edənlərin şişirdilmiş rəqəmlər göstərməsinə baxmayaraq, bizdə dəqiq məlumat var, Qarabağ ərazisində yaşayan ermənilərin sayı 35-40 min arasındadır. Bu gün keçmiş Dağlıq Qarabağdan olan məcburi köçkün azərbaycanlıların sayına gəldikdə, Dövlət Statistika Komitəsinin məlumatına görə - bu statistika Xocalı, Şuşa, Xocavəndin icra hakimiyyətlərində də var - bizim sayımız 90 min nəfəri keçib. Erməniləri qorxuya salan bir məsələ də ondan ibarətdir ki, bu qədər azərbaycanlı öz doğma yurd-yuvasına qayıdanda oradakı ermənilər ayaq altında qalacaqlar.
- Üstəlik, imkan tapan köçür, canını qurtarmaq istəyir cinayətkar rejimdən...
- Bəli, köçməlidirlər. Əgər orada onlara mane olan, müxtəlif vədlərlə şirnikləndirən, oradan-buradan maliyyə yardımı daşıyıb paylayan kənar qüvvələr olmasa, Qarabağda bir erməni də qalmayacaq. Azərbaycanın bu gücü qarşısında onsuz da orada erməni qalmayacaq.
- Şuşada olmusunuz. Yəqin ki, Xocalını çox arzulayırsınız...
- Mən “Xarı bülbül” Festivalında Şuşaya getdim. Təbii ki, Xocalıya getməyi səbirsizliklə gözləyirəm, hələ ki ruslar imkan vermir. Söhbət ermənilərdən getmir. Əgər məsələ ermənilərlə bağlı olsaydı, biz onları it kimi qovub gedərik, cənab Prezidentimiz deyən kimi... Amma bütün ərazilərimizə gedəcəyik, Xocalıya da, Xankəndinə də, Xocavəndə də, bütün ərazilərimizdə bayrağımız dalğalanacaq, himnimiz səslənəcək! Sadəcə, bir az vaxt məsələsi var. Biz Şuşaya “Qırmızı Bazar” yolu ilə getdik. Füzuli ilə Hadrutun arasındakı postlar rus sülhməramlılarındır. Əgər rus sülhməramlıları icazə verməsə, qrafikə uyğun olmasa, gəlib qarşılamasalar, oradan gedə bilməzsən. Şuşa şəhərinin girişinə qədər rus postlarını keçə-keçə getdik. İnşallah, bu postlar yığışdırılacaq! Eyni zamanda Ağdamla Xocalı arasındakı rus postları da yığışdırılacaq, orada öz əsgərlərimiz duracaq! Öz əsgərlərimizin müşayiəti ilə doğma Xocalımıza, Xankəndinə və bütün ərazilərimizə gedəcəyik!..
Oxşar Xəbərlər
Xocalı rayonunda düşmənə ağır zərbə endirilir
Mehriban Əliyeva:"Xocalı soyqırımı kimi faciələr unudula bilməz"
Xocalı soyqırımından danışan
İlham Əliyev:
Xəbər lenti
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı
Sumqayıtda iş adamınıa qarşı 600 min manatlıq şantaj əməliyyatı...
- Təfərrüat
AÇIQLAMA – Tarix də açıqlandı
“İranla saziş əldə edildi, hamını təbrik edirəm!”
Koçaryanın saxlanılma anı sosial şəbəkədə yayıldı
-VİDEO+FOTO
Milli Qurtuluşdan tarixi zəfərə
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...