Merkelin telefonu Putinin sözünü yarımçıq qoydu - Kuryoz

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkelin görüşündə kuryoz yaşanıb.
Sozcu.info "RİA Novosti"yə istinadla xəbər verir ki, bu gün Moskvada baş tutan görüşdə qəfildən telefon zəngi çalıb.
Məlum oldu ki, Almaniya hökumətinin başçısı cib telefonunu söndürməyi unudub.
Rusiya liderinin salamlama nitqi zamanı zəng melodiyasını hamı eşidib.
İlk anda heç kim necə təpki verəcəyini bilməyib. 
Ancaq sonra özünə gələn Angela Merkel cibindən telefonunu çıxarıb və onu söndürüb, yaxud səssiz rejimə keçirib.
Putin bu hadisəyə diqqət yetirdiyini göstərməyə çalışıb və çıxışına davam edib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}