Baş prokurordan Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdəki təxribatlara münasibət

“Rusiya sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən cinayətlər bizim nəzarətimizdədir”.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev deyib.
Baş Prokuror bildirib ki, prosesləri diqqətlə izləyirlər: “Belə hallar olursa, tərəfimizdən cinayət işi başlanması təmin edilir və ediləcək. Çünki ora Azərbaycan ərazisidir və zərurət yarandığı halda, hüquqi mexanizmləri tətbiq edirik və edəcəyik”.
Baş prokuror Ermənistan rəsmilərinin Qarabağa səfərlərinə də münasibət bildirib:
“Belə hallarla bağlı müxtəlif səviyyələrdə danışıqlar gedir. Bu məsələlərlə bizim aidiyyəti qurumlar məşğul olur”.


Oxşar Xəbərlər

Xəbər lenti