Nəriman Həsənzadənin SON DURUMU
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
Dünən, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Nazir 2021-ci ilin hesabatını verdi: 80 görüş, 27 müqavilə...
Vətən müharibəsindən sonra - 2021-ci ildə regionda yaranmış yeni vəziyyətin dayanıqlı sülh və ink
iş
af üçün açdığı imkanların reallaşdırılması, o cümlədən nəqliyyat kommunikasiyalarının açılmasını təmin etmək istiqamətində ardıcıl və məqsədyönlü səylər göstərilib.
Sozcu.info
xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.
“İl ərzində Azərbaycan Respublikası bəşəriyyət qarşısında duran ümumi təhdid və çağırışlara, o cümlədən COVID-19 pandemiyasına effektiv cavabların axtarışı və verilməsi məqsədilə dünya birliyinin digər üzvləri ilə birgə çalışıb. Xüsusilə qeyd olunmalıdır ki, dövlətimiz ilk günlərindən pandemiya ilə mübarizədə aparıcı dövlətlərdən biri olub”.
XİN bildirib ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatında sədrliyinə uğurla davam edərək, üzv dövlətlərin potensialının Hərəkatın qarşısında duran məqsədlərin reallaşdırılmasına yönəlməsində aktiv rol oynayıb.
“2021-ci il, pandemiya şəraitini də nəzərə alaraq, Azərbaycanın dünya dövlətləri ilə təmaslarının intensivləşməsi, xarici dövlət və beynəlxalq təşkilatların, akademik dairələrin və media nümayəndələrinin ölkəmizə çoxsaylı səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində artan dəstəyi və regional siyasət gündəliyinin uğurla irəlilədilməsi ilə yadda qalıb”.
Nazirlik xaricdə yaşayan vətəndaşlarımızın üzləşdiyi çətinliklərin həllinin diplomatiyamızın təbii prioritetlərindən olduğunu qeyd edib.
“10 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan münaqişəsinin bitməsindən sonra Azərbaycan tərəfi 2021-ci il ərzində Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında dövlətlərarası münasibətlərin təsis edilməsi, Ermənistan-Azərbaycan sərhəd xəttinin delimitasiya və demarkasiya prosesinin başlanması, regional əməkdaşlıq, dayanaqlı inkişaf və tərəqqi üçün intensiv şəkildə fəaliyyət aparıb.
İkitərəfli, regional və çoxtərəfli formatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, GUAM, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilmiş görüşlər, səsləndirilmiş bəyanatlar və qəbul edilmiş sənədlər vasitəsilə Vətən müharibəsindən sonra yaranmış reallıqlar barədə məlumatlandırılma işləri gücləndirilib, regionda sülhün bərpa edilməsi, münaqişədən sonrakı bərpa və yenidənqurma fəaliyyətləri və məcburi köçkünlərin geri qayıtması üçün zəruri şərtlərin formalaşdırılması istiqamətində addımlar atılıb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin mina və digər partlayıcılarla kütləvi çirkləndirilməsinin və minalanmış sahələrin tam və dəqiq xəritələrinin Azərbaycan tərəfinə təhvil verməsi, ərazilərimizin minalardan təmizlənməsinə beynəlxalq diqqətin cəlb edilməsi və ölkəmizə müvafiq dəstəyin göstərilməsi məqsədilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin imkanları səfərbər edilib.
Ermənistanın işğal altında saxladığı ərazilərimizdə törətdiyi cinayətlərin - mülki infrastrukturun məqsədyönlü şəkildə kütləvi miqyasda dağıdılması (urbisid), mədəni irsin talan edilməsi, dağıdılması, saxtalaşdırılması, qanunsuz daşınması (kultursid), ətraf mühitə və bio-müxtəlifliyə vurulan zərər (ekosid), ərazilərin kütləvi şəkildə minalar və digər partlayıcılarla çirkləndirilməsi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməməsi, girov və ya əsir götürülmüş vətəndaşlarımıza münasibətdə törədilmiş müharibə cinayətlərinin araşdırılmaması, günahkarların cəzalandırılmamasının ifşa edilməsi və bu pozuntulara görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətinin təsbit edilməsi ilə bağlı işlər davam etdirilib.
Belə ki, 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası Ermənistana qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərarası şikayət verib. Bu şikayətdə Azərbaycan vətəndaşlarının İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il Konvensiyasında nəzərdə tutulmuş hüquqlarının Ermənistan tərəfindən davamlı şəkildə pozulduğunu sübut edən faktlar təsbit olunub. Sentyabr ayında isə Azərbaycan Respublikası BMT-nin 1965-ci il tarixli “İrqi ayrı-seçkiliyin bütün formaların ləğv edilməsi haqqında” beynəlxalq konvensiya əsasında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı uzun müddət ərzində etnik təmizləmə siyasətinin aparılması faktları ilə bağlı Haaqa şəhərində yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.
7 dekabr 2021-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib.
Azərbaycan Respublikası üçün qonşularının hər biri ilə dostluq münasibətlərinin saxlanılması və qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi xarici siyasətimizin prioriteti olaraq qalıb.
İl ərzində Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan və Türkmənistan ilə ali və yüksək səviyyədə təmaslar davam edib və münasibətlərin məzmunu bir çox hallarda konkret əməkdaşlıq layihələri ilə daha da zənginləşdirilib.
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərləri (15-16 iyun və 26 oktyabr 2021-ci il), işğaldan azad olunmuş ərazilərimizi ziyarət etməsi, Azərbaycan və Türkiyə Prezidentlərinin iki ölkə arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsi imzalaması əlamətdar hadisə olub. Bundan əlavə, il ərzində hər iki dövlətin baş nazirləri, parlament sədrləri, xarici işlər nazirləri, müdafiə nazirləri və digər hökumət rəsmiləri səviyyəsində görüşlər təşkil olunub və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq həyata keçirilib.
İran İslam Respublikası ilə dostluq və mehriban qonşuluq əlaqələrinin yüksək səviyyədə saxlanması üçün səylər göstərilib. 27-28 noyabr 2021-ci ildə Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Görüşü çərçivəsində Azərbaycan və İran Prezidentləri arasında baş tutmuş görüş ikitərəfli münasibətlərin inkişafına təkan verib. Görüş çərçivəsində iki ölkə prezidentlərinin iştirakı ilə "İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş" imzalanıb. İl ərzində Azərbaycan və İran xarici işlər nazirləri arasında görüşlər təşkil olunub. 22 dekabr 2021-ci il tarixində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana ilk rəsmi səfərini edib.
2021-ci ildə üçtərəfli əməkdaşlıq formatları çərçivəsində əməkdaşlıq davam etdirilib. Belə ki, 13 yanvar 2021-ci ildə İslamabad şəhərində Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin 2-ci, 23 fevral 2021-ci ildə isə Ankara şəhərində Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşləri keçirilib.
Ümumilikdə, Azərbaycan Respublikasının xarici işlər naziri öz həmkarları ilə
Azərbaycanda
və onun hüdudlarından kə
nar
da 80-dan çox görüş keçirib, 16 ölkənin xarici işlər naziri ölkəmizə səfər edib.
İl ərzində qonşu dövlətlərlə yanaşı, Ukrayna, Belarus Respublikası, Estoniya Respublikası, Bolqarıstan Respublikası, Serbiya Respublikası, Çex Respublikası, Slovakiya Respublikası, Xorvatiya Respublikası, Macarıstan, Pakistan İslam Respublikası, Monqolustan, Qətər Dövləti, Səudiyyə Ərəbistanı Krallığı, İndoneziya Respublikası və İspaniya Krallığı ilə -ümumilikdə 27 beynəlxalq müqavilə imzalanıb.
2021-ci ildə Azərbaycan Respublikasının Bosniya və Herseqovinada və Müqəddəs Taxt-Tacda Səfirlikləri təsis edilib.
Qoşulmama Hərəkatı və İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərinin vətəndaşları üçün təsis edilmiş qrant proqramları sayəsində 2021-ci ildə 37 ölkədən 40 tələbə Azərbaycan universitetlərində ali
təhsil
almaq şansı əldə edib.
2021-ci il ərzində beynəlxalq qurumların seçkili vəzifələrinə Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş namizədliklərin təşviq edilməsi istiqamətində fəaliyyət davam etdirilib. Paris şəhərində 17 noyabr 2021-ci il tarixində keçirilmiş seçkilərdə ölkəmiz 143 səs toplayaraq UNESCO İcraiyyə Şurasının 2021-2025-ci illər üçün üzvü, 30 noyabr 2021-ci il tarixində keçirilmiş seçkilərdə UNESCO-nun Silahlı Münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2021-2025-ci illər üzrə üzvü seçilib. Bundan əlavə, əmək və əhalinin
sosial
müdafiəsi nazirinin müşaviri Azad Tağızadə növbəti dəfə BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin (CMW) 2022-2025-ci illər üzrə üzvlüyünə seçilib.
İraq Respublikası və Suriya Ərəb Respublikasının qaçqın düşərgələri və həbsxanalarında saxlanılan 81 nəfər (69-u uşaq və 12-si qadın olmaqla) Azərbaycan Respublikası vətəndaşı repatriasiya edilib.
XİN-in vasitəçiıliyilə 2021-ci il ərzində 4217 nəfərin sərhəd keçidi təmin edilib.
Vətən müharibəsində sonra 2021-ci il ərzində işğaldan azad olunmuş ərazilərə jurnalistlərin çoxsaylı səfərləri (press turlar) təşkil olunub. Eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Xarici İşlər Nazirliyi Facebook, Twitter, Instagram və YouTube platformalarında aktiv fəaliyyət davam etdirilib. İl ərzində XİN-in
sayt
ında 500-dən çox xəbər yerləşdirilib.
Oxşar Xəbərlər
Qoşulmama Hərəkatının yüksək səviyyəli görüşündə Azərbaycan tərəfindən xülasə sənəd yayıldı
İlham Əliyev: “Azərbaycan Qoşulmama Hərəkatında böyük hörmət qazandı”
XİN-dən Soçi görüşü ilə bağlı ŞƏRH
Qoşulmama Hərəkatının fəaliyyəti aktiv fazaya keçib – ŞƏRH
Xəbər lenti
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Qarpızın min dərdə dərman faydaları
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək