Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
“Türkiyədə 28 mayda keçiriləcək II tur seçkilərindən bir gün sonra – 29 may tarixi İstanbulun fəthinin ildönümüdür. Ərdoğanın böyük səslə qazanacağı və qələbəni fəth günündə qeyd edəcəyi müzakirə olunur”.
Musavat.com xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
Ekspert bildirib ki, müxalifət düşərgəsindəki vəziyyət ürəkaçan deyil:
“Qarşılıqlı ittihamlar var, xüsusilə Kamal Kılıçdaroğlunun namizədliyinin əvvəldən yanlış olduğu qeyd olunur, seçki axşamı və sonrasında sərgilədiyi performans tənqid edilir. Kılıçdaroğlu iqtidarın 50+ səs ala bilməməsini “etibar səsini itirməsi” kimi təqdim etsə də, müxalif düşərgədəkilər belə Ərdoğanın ən nüfuzlu vaxtında 52 faiz aldığını, bu qədər problemlərə rəğmən, cəmi 2,5 faiz səs itirdiyini deyirlər. Ərdoğanın II turda ciddi səs üstünlüyü ilə qazanacağı fikrini əks düşərgədə səsləndirənlərin də sayı artır.
Kılıçdaroğlunun öz düşərgəsində tənqid edilməsi qazandığı 45 faiz səsin II turda azala biləcəyi gözləntisini önə çıxarır”.