Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Sozcu.info “Vestnik Kavkaza” xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin İttifaq dövlətinə daxil olmağa və nüvə silahına sahib olmağa ehtiyacının olmadığını söyləyib.
Tokayev Şimali Qazaxıstan rayonuna səfəri zamanı çıxışında deyib: “Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstana İttifaq dövlətinə daxil olmağı təklif etdi. Mən onun zarafatını qiymətləndirirəm. Mənim fikrimcə, buna ehtiyac yoxdur, çünki artıq digər inteqrasiya birlikləri də var, məsələn, Avrasiya İqtisadi İttifaqı”.
Tokayev Qazaxıstanın nüvə silahına da ehtiyacının olmadığını söyləyib. Çünki ölkə Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsi və Nüvə Silahlarının Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinə qoşulub.
Qeyd edək ki, Aleksandr Lukaşenko Qazaxıstan başda olmaqla digər ölkələri də Rusiya ilə Belarusun İttifaq dövlətinə daxil olmağa dəvət edərək deyib: “Qazaxıstan və digər ölkələr də bizim Rusiya ilə olduğu kimi münasibətlərimizə qoşula bilər. Heç kim buna qarşı deyil. Bu, çox sadədir: Rusiya ilə Belarusun ittifaqına qoşulmaq. Vəssəlam. Bununla da hamının nüvə silahı olacaq. Bu mənim fikrimdir, rusların yox. Bunun mümkün olduğunu düşünürəm. Başa düşməliyik ki, bizim strateji olaraq birləşmək üçün unikal şansımız var”