Namizədlər prezident seçkilərində nə qədər pul xərcləyəcəklər? – Tam siyahi


Məlum olduğu kimi, fevral ayının 7-də keçirilməsi gözlənilən prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb və onlar yanvar ayının 15-dən seçki təbliğatına başlayıblar.

Sozcu.info xəbər verir ki, prezidentliyə namizədliyi qeydə alınan şəxslər seçki fondlarının gəlir və xərcləri ilə bağlı 1-ci ilkin maliyyə hesabatlarını açıqlayıblar.

Qeyd edək ki, ən böyük seçki fonduna sahib olan namizəd hazırkı Prezident İlham Əliyevdir. İlham Əliyevin seçki fondunun gəlirləri 250 min manat təşkil edir. Bu vəsaitin hamısı İlham Əliyevin nazmizədliyini irəli sürən Yeni Azərbaycan Partiyası tərəfindən ayrılıb.

Prezidentliyə namizədlər arasında ən az seçki fonduna sahib olan şəxs Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev olub. Elşad Musayevin seçki fondunun gəlirləri cəmi 1500 manat təşkil edib. Bu vəsaitin 1000 manatı seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatına, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq olaraq ödənilib. Maliyyə hesabatında göstərilib ki, seçki gününə istifadə olunmamış qalıq məbləğ 500 manat olub.

Onu da bildirək ki, seçki gününə 2 həftədən çox müddət qaldığı üçün Elşad Musayevin açıqladığı 1-ci maliyyə hesabatında qalıq məbləğin indidən göstərilməsi başa düşülən deyil.


Məlumat üçün onu da bildirək ki, prezidentliyə namizəd olan 7 nəfərdən 4-ü 2018-ci ildə keçirilən seçkilərdə də namizəd olublar. 2018-ci il seçkilərində İlham Əliyev 500 min manat, Qüdrət Həsənquliyev 28 min 498 manat 2 qəpik, Zahid Oruc 9 min 900 manat, Razi Nurullayev isə 1 836 manat 20 qəpik xərcləyib.



Oxşar Xəbərlər

Xəbər lenti