Parçalanmış dünyanın bərpası

Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb.

Muasir dövrümüzdə dünya sürətlə dəyişir, Müxtəlif texnologiyalar kəşf olunur və buda texnologiyanın inkişafına gətirib çıxarır.Yeni kəşflər olunmaqla bir çox şeylərdə dəyişir, bəzi keçmiş qaydalar tətbiq edilmir. Təkcə texnologiya sahəsində dəyişikliklər baş vermir, həmçinin iqtisadi, mədəni, elmi və s. sahələrdə dəyişikliklər baş verir və bunlar müəyyən bir ölkə çərçivəsində baş vermir, bütün dünya üzrə baş verir. “Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə, onların daha geniş fəsadları var. Bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır”.

Bəli, bu gün dünya nizamında tarixdə heç vaxt olmadığı kimi parçalanmalar baş vermişdir. Təəssüf ki, son illər dünya gücləri münaqişələri diplomatik yollarla həll etməkdən daha çox silahların işlədilməsinə yönəldiltmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı çıxışında Ermənistanla sülh danışıqlarına dair fikirləri yer alıb. Prezident İlham Əliyevin sitatına istinadla qeyd edilib ki, indi Azərbaycan Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxındır. “Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”, - deyə məqalələrdə Azərbaycan Prezidentinin fikirlərinə istinadla vurğulanıb.


Daha sonra dövlətimizin başçısının fikirlərinə istinadla qeyd olunub ki, Bakı İrəvanla sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub. Azərbaycan sülhün əldə olunmasını istəyir. Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib. Bu regionda düşmənçiliyə son qoymağın vaxtı çatıb. Ermənistan özünü müqaviləni bağlamağa hazır tərəf kimi qələmə verir, amma hələ də qəbul edilməsi mümkün olmayan məsələləri müzakirəyə çıxarmaq istəyir. Gözü onun-bunun ağzındadır, Amerikanın, Fransanın və Avropadakı hansısa liderin nə deyəcəyini gözləyir və bu qeyri-müəyyənlik sülh prosesini uzadır. Dövlətin başında olan şəxs isə o qədər qeyri-ciddidir ki, bu gün atdığı addımı, dediyi sözü iki gün sonra inkar edir”.

“30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya - həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı”.

Cənab Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

"Biz 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırırıq. Bu, tamamilə real hədəfdir, çünki bunun üçün çoxsaylı müqavilələr və anlaşma memorandumları imzalanıb. Hazırda biz Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası ilə fəal şəkildə məşğuluq və həmin layihənin texniki əsaslandırılması demək olar ki, hazırdır", - - deyə Azərbaycan Prezidenti qeyd edib.

Martın 16-dək davam edəcək Forumun keçirilməsində məqsəd COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılması, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, parçalanmış dünyada dayanıqlılığın qurulması, onun qlobal sülhə təsirinə nəzər salınması, qarşıda duran çağırışların həlli yollarının tapılması, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinin müzakirə olunmasıdır. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaqdır.

Dövlətimizin başçısı sonuncu görüşdən sonra regionumuzda baş verən əsas geosiyasi dəyişikliyin Azərbaycanın suverenliyinin tam bərpası olduğunu bildirib. Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan Ölkə başçısı qeyd etmişdir:

Sürətli dəyişim hər yerdə var, məsələn adicə düşümcələrimizdə hər gün inkişaf edir. Azərbaycan öz ərazilərində suverenliyini bərpa etməklə pozulmuş beynəlxalq hüququn bərpası məsləsinə töhfə vermiş, dünyada baş verən münaqişələrin dayandırılmasının nümunəsini təqdim etmişdir.

Azərbaycan Hərəkatın beynəlxalq nüfuz və mövqelərinin gücləndirilməsi istiqamətində öz səylərini əsirgəməyəcək". Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin uğuru, dünyadakı nüfuzunun daha bir göstəricisi və Onun şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsidir. Bəli, bu gün Qalib Liderimiz, Azərbaycan Prezidenti İlham Əliyev cənablarına inanırlar və irəli sürdüyü hər bir təklifləri bilavasitə dəstəklənir.

 

Rəsmiyyə Hüseynova

Suraxanı rayonu, 318 nömrəli tam orta məktəbin direktor müavini



Oxşar Xəbərlər

Xəbər lenti