İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyev Putinə başsağlığı verdi

 

Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Hurriyyet.org-un məlumatına görə, məktubda deyilir: "Hörmətli Vladimir Vladimiroviç.

Rusiyanın "An-26” hərbi-nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".

Qeyd edək ki, qəza nəticəsində 32 nəfər həlak olub.



Oxşar Xəbərlər

Xəbər lenti