Ərdoğan Azərbaycana gələcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Azərbaycana səfər edəcək.

Bu barədə Sozcu.info "A Haber" telekanalına istinadla xəbər verir.

Bildirilir ki, Azərbaycana səfər Türkiyə liderinin bu ay və qarşıdakı aylar üçün nəzərdə tutulmuş xarici səfərlər təqvimində yer alıb.

Türkiyə prezidentinin aprelin 29-da İtaliyaya, mayın 3-də Şimali Kipr Türk Respublikasına, iyunda isə ABŞ-yə səfər edəcəyi gözlənilir.



Oxşar Xəbərlər

Xəbər lenti