28-03-2026, 23:18
17-03-2026, 15:20
12-03-2026, 11:28
11-03-2026, 17:52
10-03-2026, 11:35
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı apardığını açıqlayıb.Sozcu.info xəbər verir ki, Şahbaz Şərif bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Şahbaz Şərif bildirib: “Bu axşam sevimli qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğandan isti və səmimi bir telefon aldım”
“Regional sülh üçün Pakistanın təvazökar və səmimi səylərinə verdiyi nəzakətli təşviq və dəstək sözlərinə görə Prezident Ərdoğana minnətdaram”
“Bölgədə qalıcı sülhün təmin olunması istiqamətində ortaq axtarışımızda Türkiyə də daxil olmaqla dostlarımız və tərəfdaşlarımızla yorulmadan işləməyə davam edəcəyik”
Musavat.com