31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
14-10-2025, 22:23
Sozcu.info xəbər verir ki, Rusiya milliləri Misir yığması ilə qarşılaşıb.
Oyunun 47-ci dəqiqəsində avtoqol nəticəsində Rusiya hesabı açıb. Belə ki, rus futbolçunun vurduğu top Əhməd Fəthiyə toxunaraq qapıya daxil olub - 1:0
59-cu dəqiqədə isə Çerişev Rusiyanın 2-ci qolunu vurub- 2:0.
Bu qoldan 3 dəqiqə sonra Zuba Rusiya millisina 3-cu topunu Misirin qapısından keçirib - 3:0.
Misir yığması isə bu qollardan yalnız birinin əvəzini çıxıb. Belə ki, 72-ci dəqiqədə Məhəmməd Salahpenaltidən fərqi azaldıb - 3:1
Bu qələbə sayəsində xalını 6-ya çatdıran Rusiya növbəti tura vəsiqəni təmin edib.
Qeyd edək ki, ruslar ilk turda Səudiyyə Ərəbistanına 5 cavabsız qolla qalib gəlmişdi. Ulduz futbolçu Məhəmməd Salahın çıxış etdiyi Misir yığması isə Uruqvaya 0:1 hesabı ilə uduzmuşdu.