Tramp Paşinyanla görüş təklifinə rədd cavabı verdi –Ermənistanın Suriyaya qoşun göndərməsi Ağ evi qəzəbləndirib

Tramp Paşinyanla görüş təklifinə rədd cavabı verdi –Ermənistanın Suriyaya qoşun göndərməsi Ağ evi qəzəbləndirib

 

Sentyabrın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyasının açılışında iştirak etmək üçün ABŞ-a səfər edəcək. ABŞ prezidenti Donald Trampın həmin tədbirə qatılacağı gözlənilir.

Erməni KİV-ləri Qərb mətbuatına istinadən diqqət çəkən məlumat yayıblar. Bildirilib ki, Tramp sessiya çərçivəsində Paşinyanla görüşdən imtina edib.

Qeyd olunub ki, Paşinyanın Rusiyaya mütəmadi səfərləri və bəzi addımları Qərbdə anlaşılmazlıq yaradıb. Belə ki, ABŞ ona əvvəlcədən xəbər edilmədən Rusiyanın təklifi ilə Ermənistanın Suriyaya "humanitar qoşun” göndərmək qərarının məğzini anlaya bilmir.

Qərb mətbuatı yazıb ki, Paşinyanın şəxsi göstərişi ilə rus mütəxəssislərin Ermənistandakı ABŞ laboratoriyalarına girişinə icazə verilməsi Vaşinqtonun xoşuna gəlməyib və Paşinyanın bu dərəcədə "sərbəstliyi” Qərbdə qıcıq doğurub.

Həmçinin vurğulanırb ki, Amerika tərəfi Paşinyana paritet tələbi irəli sürüb. Əgər ruslara icazə verilirsə, onda Ermənistandakı Rusiya laboratoriyaları da ABŞ mütəxəssislərinə açıq olmalıdır. Etibarlı mənbələrdən əldə olunan məlumatlara əsasən, bütün bu ziddiyyətləri nəzərə alan Vaşinqton Trampın Paşinyanla sentyabra təyin olunan görüşünün baş tutmayacağını bəyan edib.(azvision.az)



Oxşar Xəbərlər

Xəbər lenti