Dünən, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
"Gürcüstan hökuməti Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində qatil Mixail Avaqyana abidə ucaldılması ilə bağlı Azərbaycanın mövqeyini nəzərə alacaq”.
Sozcu.info report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
O xatırladıb ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib: "Azərbaycanın Gürcüstandsakı səfiri Gürcüstanın Xarici İşlər Nazirliyində olub. Bu məsələlər üzrə iş gedir. Güman edirəm ki, Gürcüstan hökuməti bu məsələyə diqqət yetirəcək, məsələ həllini tapacaq”.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov, deputat Fazil Mustafa bu abidənin ucadılması məsələsinə etirazlarını bildiriblər.