8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Cari 100 milyon dollarlıq sazişin həyata keçirilməsindən sonra Ermənistan Rusiyadan yeni silah krediti ala bilər.
Sozcu.info xəbər verir ki, bunu RİA "Novosti”yə verdiyi açıqlamada Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.
"Bu mümkündür. Konkret olaraq söhbətin hansı silahlardan getməsi barədə danışmaq tezdir”, - IDEX-2019 silah sərgisinin gedişində jurnalistin sualını cavablandırarkən Tonoyan əlavə edib.
Nazir deyib ki, Ermənistan 2019-cu ilin sonlarında – 2020-ci ilin əvvəllərində Rusiyadan dörd ədəd Su-30SM qırıcısı almaq niyyətindədir. "Ümumilikdə isə, 12 belə təyyarənin alışı arzu ediləndir”, - Tonoyan vurğulayıb.
Qeyd edək ki, Ermənistan müntəzəm olaraq Rusiyadan silah kreditləri alır. 100 milyon dollar ümumi məbləği olan son belə saziş Ermənistan parlamenti tərəfindən 2017-ci ilin sonlarında ratifikasiya edilib.
Daha öncə Yerevan Moskvadan 200 milyon dollar məbləğində silah krediti almışdı.