Fərhad Xəlilov:“Bu vəsait ayrılmasa, ittifaqı saxlaya bilmərik“

Fərhad Xəlilov:“Bu vəsait ayrılmasa, ittifaqı saxlaya bilmərik“

 

"Bu vəsait ayrılmasa, ittifaq mövcud ola bilməz”.

Bu sözləri ONA-ya açıqlamasında Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov söyləyib.

O bildirib ki, ittifaqın yaşaması üçün bu vəsaitin ayrılması vacibdir: "Rəssamlar İttifaqına ayrılan vəsait kommunal xərclərin ödənilməsinə, ittifaqda çalışanların maaşlarının ödənilməsinə xərclənəcək. Bu vəsait ayrılmasa, biz ittifaqı saxlaya bilmərik”.

Qeyd edək ki, Prezident İlham Əliyev yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Rəssamlar İttifaqına 350 (üç yüz əlli) min manat ayrılıb.



Oxşar Xəbərlər

Xəbər lenti