“Sevirəm, amma evlilik düşünmürəm” – Sevgilisini gizlədən Nigar Camal - VİDEO

 

ARB TV-nin "Show News” verilişinin növbəti müsahibi müğənni Nigar Camal olub.

Müğənni sevgilisindən ağız dolusu danışıb:

"Aygün bəylərlə səsləndirdiyim mahnı çox dəyərli bir insana həsr olunmuş mahnıdır. Sevirəm. Sevməsəydim oturub yazardım?”

Toy haqqında düşünürsünüzmü sualına Nigarın cavabı belə olub:

"20 yaşım var ki, oturub toy haqqında düşünüm? O qədər işlərimiz var ki... Uşaq-muşaqdır ki, onu efirə çıxarım? Deyim ki, gəl efirə, səni millət görsün. Bunu etmək doğurdan da ağılsızlıq olar. Mən o insana hörmət qoyuram. Heç kim vecimə deyil, hamını bloka atmışam. Gözdən də qorxmalıyam?”

Müğənni qızlarından da söhbət açıb:

"Qızlarım İngiltərədə böyüyürlər. Tamam başqa psixologiyaları var, həyata başqa formada yanaşırlar. Mənim qızlarım kiminləsə xoşbəxt olsalar, desələr ki, ana, mən sevirəm, mənə qarşı hörməti var. Mən heç vaxt yox demərəm. İstəyir İngiltərənin şou-biznesindən, istəyir bizdən olsun, amma ən əsası qızlarım xoşbəxt olsun”.

 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}