Səfər Mehdiyev generalla bağlı daha bir əmr verib - Vüsal Novruzovun gömrüklə bağları tam kəsilib

Səfər Mehdiyev generalla bağlı daha bir əmr verib

 

Təxminən 2 il əvvəl, daha dəqiqi 2018-ci ilin may ayında vəzifədən çıxarılmış Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi, general Vüsal Novruzovla bağlı yeni xəbər var.

Sozcu.info xəbər verir ki, həmin vaxtı vəzifədən çıxarılaraq, Gömrük Komitəsinin sərəncamına alınan Vüsal Novruzovla bağlı daha bir əmr verilib.

Məlumata görə, Səfər Mehdiyev bir müddət əvvəl həmkəndçisinin adının gömrüyün ehtiyat kadr" siyahısından da çıxarılması haqda növbəti əmr imzalayıb.

Yada salaq ki, Vüsal Novruzov Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Baba Salayevlə eyni gündə vəzifədən azad olunmuşdu. Lakin qısa zaman sonra Kəmaləddin Heydərov Baba Salayevi FHN-nin sərəncamına götürdü və elə həmin ili (2018) o, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edildi. 



Oxşar Xəbərlər

Xəbər lenti