Ümidverici xəbərlər neftin qiymətini kəskin artırdı - Bizi nə gözləyir...

Ümidverici xəbərlər neftin qiymətini kəskin artırdı

 

Səudiyyə Ərəbistanı və Rusiya arasında başlanmış neft savaşı dünya neft bazarlarını iflic edib. Neft təchizatının artması, tələbatın isə azalması neft qiynətlərinin sürətlə azalmasına səbəb olub.

 

Amma bu gün səhər saatlarında gələn xəbərlər neftin qiymətində dünən başlayan artımı daha da sürətəndirib. OPEK (Neft ixrac edən ölkələrin təşkilatı) üzvləri və Rusiyanın müfaviq təmsilçiləri gələn həftənin bazar ertəsi günü neft hasilatını azaltmaqla bağlı razılığa gəlmək üçün danışırlar aparacaqlar.

 

OPEK OPEK (Neft ixrac edən ölkələrin təşkilatı)

 

Bizimyol.info xəbər verir ki, bu barədə daxil olan xəbərlərin ardından bu gün neftin qiyməti daha 20 faiz artaraq brent fyuçerslərinin hər barreli üçün 30 dollarlıq həddi arxada qoyub.

Amma bazar iştirakçıları hələ də Səudiyyə və Rusiyanın asanlıqla razılığa gələcəklərinə şübhə ilə yanaşırlar və o üzdən hazırkı qiymətlər hələ kövrək sayılır.

 

Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı

 

Xatırladaq ki, təxminən bir ay əvvəl Səudiyyə Ərəbistanı Rusiyaya hasilatı azaltmaqla bağlı təklif versə də, Kreml bu təklifi rədd etmişdi. Ardınca Səudiyyə Ərəbistanı Rusiyanı cəzalandırmaq üçün neft hasilatını kəskin artırdı. Nəticədə neftin qiyməti rekord dərəcədə eniş etdi və Rusiya böyük itkilərə məruz qaldı.

 

Moskva, Kreml Moskva, Kreml / Foto: Pixabay.com

 

Səudiyyə Ərəbistanının təsdiqlənmiş neft ehtiyatları Rusiya ilə müqayisədə təxminən 3 qat çoxdur. Amma başqa bir məqam da var: Rusiya istəsə belə, hasilatı əhəmiyyətli dərəcədə artıra bilmir. Yəni texnoloji cəhətdən buna qadir deyil.

Bununla belə hazırkı vəziyyət Səudiyyənin özünə də sərf eləmir. Çünki belə davam etsə, satış qiyməti maya dəyərinə yaxın nöqtəyə gələcək və neft ixracından gəlirlər az qala tamamilə itiriləcək. Ona görə də tərəflər çıxış yolunu sazişə gəlməkdə görüblər.

Qeys edək ki, iki neft nəhənginin toqquşmasından zərbə alan ölkələrdən biri də Azərbaycandır. Azərbaycanda ümumi ixracın təxminən 90 faizini neft və neft məhsulları təşkil edir. Ölkəyə xarici valyuta gətirən başlıca sahə olduğuna görə neftin qiymətinin aşağı düşməsi manatın dəyər itirməsinə səbəb olur.

Əgər tərəflər razılığa gələ bilsələr və neftin qiyməti 40 dollarlıq həddi aşsa, Azərbaycanda yaxın perspektiv üçün devalvasiya təhlükəsi aradan qalxacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}