8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Danılmaz faktdır ki, heç bir müharibə itkisiz ötüşə bilməz. Zaman da, tarix də bunu göstərib. Müharibə zamanı istər qalib, istərsə də məğlub dövlətlərə madi-mənəvi çox böyük ziyanlar dəyir. Amma əsas olan dövlət olaraq, dövlət başçısı olaraq bu dəymiş ziyanların aradan qaldırılması üçün görülmüş və görüləcək tədbirlərdir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin bu istiqamətdə çox böyük və təqdirə layiq dövlət siyasəti vardır. O istər I Qarabağ, istərsə də II Qarabağ müharibəsi zamanı şəhid və qazi olmuş soydaşlarımıza hər zaman diqqət və qayğı göstərilməsi istiqamətində fərmanlar, sərəncamlar imzalamış və icrası ilə yaxından maraqlanmışdır.
Elə 25.02.2021-ci il tarixində Ramanı qəsəbəsində şəhid və qazi ailələri üçün salınmış yaşayış kompleksi buna bariz nümunədir. Bu yaşayış kompleksində 30 bina, uşaq bağçası və 1200 yerlik məktəb inşa edilib və bu kompleks bütün infrastrukturla təmin edilib. Ölkə başçımız Ramanı qəsəbəsindəki çıxışı şəhid ailələrindən tutmuş adi vətəndaşa qədər hamını sevindirdi. O çıxışında xüsusi ilə qeyd etdi ki, şəhid və qazi ailələrinə həmişə qayğı və diqqət göstərilib və göstəriləcəkdir. Təkcə Bakıda deyil, regionlarda da şəhid ailələri üçün yaşayış binaları inşa ediləcək və onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni əsirgəməyəcəkdir. Cənab Prezident, eyni zamanda qazilərin müalicəsi üçün xüsusi proqramların, həmçinin əlini, ayağını itirmiş qazilərimizə yüksək texnologiyalı, müasir protezlərin hazırlandığını və bir neçəsinin artiq bu protezlərlə təmin olunduğunu xüsusi vurğuladı. Bu onların tez bir zamanda normal həyatlarına qayıtmaları üçün çox böyük dəstək olacaqdır.
Biz hər zaman müzəffər Ali Baş komandanımıza inanırıq və onun arxasında bir yumruq kimi birləşməyə hazırıq. Çünki o, millətin, xalqın rifahı üçün hər şeyi etməyə hazırdır. 44 günlük Vətən Müharibəsindən qısa bir müddət keçməsinə baxmayaraq, artıq real addımlar atılır, işlər görülür. İstər işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpa edilməsi olsun, istərsə də müharibə zamanı mülkü əhaliyə dəymiş ziyanın qarşılanması olsun, hər sahədə müsbətə doğru ciddi addımlar atılır.
Cənab Prezidentin bu addımları hər birimizə örnək olmalıdır. Hər birimiz bacardığımız qədər şəhid ailələrinin, qazilərimizin yanında olmalıyıq. Onlar tək olmadıqlarını daim hiss etməlidirlər.
Kəmalə Məmmədova,
E. Qaranzadə adına 270 nömrəli tam orta məktəbin direktor əvəzi