Suraxanı rayonunda abadlıq işləri davam etdirilir -FOTOLAR

Uzun illərdir Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində asfalt örtüyünün olmaması gediş-gəlişdə problemlərə səbəb olurdu. 

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən küçədə ümumi sahəsi 12 000 kv.m olan asfalt örtüyü salınır.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yerində baxış zamanı görülən işlərin mövcud vəziyyəti ilə maraqlanmış və aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.

Qeyd edək ki, yolların yenidən qurulması sakinlərin sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə də zəmin yaradır.
Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}