“Bütün ürək-damar xəstələri mütləq peyvənd olunmalıdır”

Son günlər ürək-damar əməliyyatları keçirmiş şəxslərin peyvənd olunub-olunmaması ilə bağlı müzakirələr aparılır. 
Sozcu.info xəbər verir ki, tanınmış ürək-damar cərrahı Kamran Musayev pasiyentlərin bu istiqamətdə olan suallarına cavab verib. 
O bildirib ki, bütün növ (açıq və ya qapalı) ürək və damar əməliyyatı olunmuş xəstələr, koronavirus əleyhinə peyvənd oluna bilər: “Hətta bütün ürək və damar xəstələri mütləq peyvənd olunmalıdır, çünki əsas risk qrupuna aiddirlər”.


Oxşar Xəbərlər

Xəbər lenti