Yeniyetmələrin vaksinasiyası Bakı Sağlamlıq Mərkəzində aparılacaq

Azərbaycanda 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.
Sozcu.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. Bunun üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.


Oxşar Xəbərlər

Xəbər lenti