Suraxanıda küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir -Fotolar

Suraxanı rayonunda gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilərək heç zaman asfalt üzü görməyən küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir.

Sakinlərin rahatlığını təmin etmək məqsədilə Hövsan qəsəbəsində növbəti küçədə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun yenidənqurma işləri davam etdirilir. Qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunan Rüfət Abdullayev küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində 3075 kv.m asfalt-beton örtüyünün salınması işləri aparılır.

Qeyd edək ki, rayon ərazisində qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması mərhələli şəkildə həyata keçirilir.
Sozcu.info









Oxşar Xəbərlər

Xəbər lenti