Bakıda istiliyin verilməsi tezləşdirildi

Havaların soyuması ilə əlaqədar Azərbaycanda mənzillərə istiliyin verilməsinə vaxtından tez başlanıb. 
Sozcu.info xəbər verir ki, bununla bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.
Onun sözlərinə görə, bu gündən  müraciətlər əsasında qazanxanaların açılmasına başlanılıb:
“Kim müraciət edir və ödənişə təminat verirsə, onların qazanxanalarını işə salırıq”.
Rafiq Əliyev bildirib ki, dağ və dağ ətəyi rayonlarda noyabrın 1-dən istiliyin verilməsinə başlanıb.


Oxşar Xəbərlər

Xəbər lenti