Sabah hava necə olacaq?

Noyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. 
Milli Hidrometeorologiya Xidmətindən Sozcu.info  verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. 
Güclü şimal-qərb küləyi əsəcək.   
Havanın temperaturu gecə 7°-dək isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 7°-dək isti, gündüz 7-9° isti olacaq. 
Atmosfer təzyiqi 761  mm civə sütunundan 775 mm civə sütununa yüksələcək.  
Nisbi rütubət 70-80 %  olacaq.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 16-da Abşeron  yarımadasında güclü xəzri küləyi fonunda temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. 
Azərbaycanın rayonlarında Arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq. 


Oxşar Xəbərlər

Xəbər lenti