Nazir: “Bəzi məktəblər odunla qızdırılır“

“Noyabrın 15-də istiliyin verilməsindən sonra 67 məktəbdə bununla bağlı problem var idi. Hazırda 20 məktəbdə istilik problemi qalır, buun da həll edilməsi istiqamətində iş gedir”.
SOZCU.INFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.
E.Əmrullayev deyib ki, ölkə üzrə 60 faiz məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib:
“Digər məktəblər odun yanacağı və digər vasitələrlə qızdırılır. Bakı şəhərindəki məktəblərin əksəriyyətində istiliklə bağlı problem aradan qaldırılıb. Hər hansı bir məktəbdə qəza ola bilir. Səbəblər müxtəlifdir. Bunlar hər zaman Təhsil Nazirliyinə aid olan səbəblər deyil, bəzi hallarda isə obyektiv səbəbdir. Ötən il tədris fasilələrlə davam etməsi istilik sistemində problem yaradırdı”.


Oxşar Xəbərlər

Xəbər lenti