Sabah hava necə olacaq?


Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. 
Milli Hidrometeorologiya Xidmətindən SOZCU.INFO  verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-8° isti, gündüz  9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. 
Atmosfer təzyiqi  normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. 
Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, 
bu da meteohəssas insanlar üçün əlverişlidir. 
 
Azərbaycanın rayonlarında  Əsasən  yağmursuz. Lakin axşama doğru  bəzi qərb rayonlarında az yağış yağacağı ehtimalı var. ayrı-ayrı yerlərdə arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz  9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz  0-5° isti olacaq.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}