Azərbaycanda koronavirusla bağlı son statistika açıqlandı, 15 nəfər öldü - Foto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 582 yeni yoluxma faktı qeydə alınıb, 1 370 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sozcu.info-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 609 397 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 585 284 nəfər müalicə olunaraq sağalıb, 8 182 nəfər vəfat edib. 15 931 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 495, bu günə qədər isə ümumilikdə 5 739 928 test icra olunub.


Oxşar Xəbərlər

Xəbər lenti