Türkiyədə yoluxma sayı artdı - “Omikron“

Türkiyədə COVID-19-a yoluxanların gündəlik artımı 26.099 nəfər olub ki, bu da noyabrın 24-dən bu yana rekord göstəricidir.
Sozcu.info xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca "Twitter" səhifəsində məlumat yayıb.
Son 24 saatda ümumən 362.535 test aparılıb, 157 nəfər ölüb.
Fahrettin Koca Türkiyədə koronavirusa yoluxma hallarının artmasının yeni "Omikron" ştammının yayılması ilə bağlı olduğunu irəli sürüb.
“Omicron digər variantlardan daha sürətli yayılır. Ölkəmizdə yoluxma hallarının sayının artması proqnozlaşdırılır”, - deyə nazir qeyd edb.


Oxşar Xəbərlər

Xəbər lenti