“Omikron“a qarşı peyvənd nə vaxt hazır olacaq? - AÇIQLANDI

"Pfizer" "omicron" ştamına qarşı peyvəndin hazır olacağı tarixi açıqlayıb. 

Amerikanın "Pfizer" şirkətinin koronavirusun "omicron" ştamına qarşı peyvəndi yazda hazır olacaq.

Sozcu.info xəbər verir ki, bu barədə "Pfizer"in baş direktoru Albert Burla bildirib.

"Peyvənd bu ilin mart ayında hazır olacaq", - deyə Burla qeyd edib. O, bildirib ki, istehsal prosesi artıq başlayıb. Onun sözlərinə görə, peyvənd təkcə "omicron" ştamına qarşı deyil, həm də digər variantlara qarşı effektiv olacaq.

Xatırladaq ki, daha əvvəl şirkət Paxlovid koronavirusa qarşı preparatın müvəqqəti qeydiyyat şəhadətnaməsinin alınması üçün Avropa Dərman Agentliyinə (EMA) müraciət edib. 

Dərman xəstəliyin ağır formasına keçmə riski yüksək olan 12 yaşdan yuxarı yeniyetmələr və böyüklərdə yüngül və orta gedişatlı koronavirus infeksiyasına yoluxmanın müalicəsi üçün nəzərdə tutulub. 


Oxşar Xəbərlər

Xəbər lenti