“Keşlə“nin stadionu söküləcək

"Keşlə"nin ev oyunlarını keçirdiyi "ASK Arena" yaxın gələcəkdə söküləcək.
Sozcu.info "futbolpress.az"a istinadən xəbər verir ki, stadionun sökülməsi planlaşdırılır. Həmin ərazidə dövlət əhəmiyyətli obyekt tikiləcək. Prosesin konkret nə zaman başlayacağı hələlik dəqiqləşməyib. 
Hazırda bu arenada ev oyunlarını keçirən "Keşlə"nin isə növbəti mövsümdən "Şamaxı" adı altında Şamaxıya köçəcəyi dəqiqləşib.
Xatırladaq ki, "ASK Arena" 2000-ci ildə UEFA-nın vəsaiti hesabına AFFA tərəfindən yenidən qurulub və uzun müddət "Şəfa" adlandırılıb. 2014-cü ildə "İnter"ə (hazırkı "Keşlə" - red.) satılan stadion "İnter Arena"ya çevrilib. Arena hazırkı adını 2018-ci ildə, Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün alıb.


Oxşar Xəbərlər

Xəbər lenti