Dünyaca məşhur model hicabı müdafiə etdi - Fotolar

Dünyaca məşhur model Bella Hadid hicabı müdafiə edib.
Sozcu.info xəbər verir ki, Fələstin əsilli model Hindistanda müsəlman qadınlara qarşı ayrı-seçkiliyə etiraz edib.
Sosial şəbəkə hesabında bu problemdən danışan Bella bildirib:
"Biz bu zehniyyəti dəyişdirməliyik. Dostlarınıza, uşaqlarınıza, valideynlərinizə və ailənizə hicab taxmağın, müsəlman olmağın və ya başqa irqdən olmağın təhlükə olmadığını öyrədin!”
25 yaşlı Hadidin bu paylaşımı marağa səbəb olub, onun bu addımı alqışla qarşılanıb.



Oxşar Xəbərlər

Xəbər lenti