Türkiyəli qapıçı oyun vaxtı infarkt keçirdi: Dünyasını dəyişdi

Türkiyəli veteran qapıçı - "Bodrum Bələdiyyəsi Masterlər" komandasının futbolçusu Fatih Mumcu Hadisə Ege Bölgəsi Masterlər Futbol Federasiyası Liqasının keçirdiyi turnirin "9 sentyabr Masterlər"lə final matçı zamanı dünyasını dəyişib. 
Sozcu.info xəbər verir ki, 43 yaşlı oyunçu matçda özünü pis hiss edib və yerə yıxılıb. Ona komanda yoldaşları tərəfindən ilkin yardım göstərilib. Daha sonra qapıçı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Fatih Mumcu peşəkar karyerasında "Batman Petrolspor" və "Tavşanlı Linyitspor"un formalarını geyinib.


Oxşar Xəbərlər

Xəbər lenti